Mikroavtobus qəzaya uğrayıb - 20-yə yaxın şəxs xəsarət alıb - YENİLƏNDİ

Bakı-Qazax magistralında, Ağstafa rayonu ərazisinddə bu gün baş verən yol qəzasında xəsarət alanların adları məlum olub.
Xəsarət alanların 61 yaşlı Azəri Durdanə Əli qızı, 68 yaşlı Mirsadıq Musayev Məsim oğlu, 60 yaşlı Nərminə Əhmədova Abbas qızı, 28 yaşlı Elgün Həsənli Arif oğlu, Bukavadce Mehriban Çengiz qızı, 20 yaşlı Rima Bəkirova Əli qızı, 58 yaşlı Həmid Məmmədov Məmməd oğlu, 55 yaşlı Zəminə Əliyeva Rəhim qızı, 36 yaşlı Vüsal Məmmədov Həmid oğlu, 29 yaşlı Vasif Ağazadə Fuad oğlu, 28 yaşlı Nigar Əzizova Hidayət qızı, 23 yaşlı Bukavadce Rəsmiyə Əli qızı, 2022-ci il təvəllüdlü Bukavadce Səkinə Mirəli qızı, 2022-ci il təvəllüdlü Bəkirov İsmayıl Koroğlu oğlu və 44 yaşlı Ayaz Bəndəliyev Müslüm oğlu olduğu bildirilir.
TƏBİB Bakı-Qazax avtomobil yolunda baş verən qəzada xəsarət alanlar barədə məlumat yayıb.
TƏBİB-dən bildirilib ki, Bakı-Qazax avtomobil yolunda baş verən yol-nəqliyyat hadisəsi ilə əlaqədar Ağstafa Rayon Mərkəzi Xəstəxanasının Təcili Tibbi Yardım briqadaları əraziyə cəlb olunub.
TƏBİB-dən bildirilib ki, Bakı-Qazax avtomobil yolunda baş verən yol-nəqliyyat hadisəsi ilə əlaqədar Ağstafa Rayon Mərkəzi Xəstəxanasının Təcili Tibbi Yardım briqadaları əraziyə cəlb olunub.
Hadisə nəticəsində xəsarət alan 15 nəfər Ağstafa Rayon Mərkəzi Xəstəxanasına təxliyə edilib.
Hazırda onlara zəruri tibbi yardım göstərilir. Xəsarət alanlardan 12 nəfərin vəziyyəti orta ağır, 3 nəfərin vəziyyəti isə ağır olaraq qiymətləndirilir. Əlavə məlumat veriləcək.
********
Ağstafa rayonunda mikroavtobus qəzaya uğrayıb, 20-yə yaxşın şəxs xəsarət alıb.
Hadisə Bakı-Qazax avtomobil yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, magistiral yolda hərəkətdə olan sərnişin mikroavtobusu ilə "QAZel" markalı avtomobilin toqquşması nəticəsində 20-yə yaxın şəxs xəsarət alıb.
Onlar xəstəxanaya çatdırılıb, şəxsiyyətləri dəqiqləşdirilir.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























