Müdafiə Nazirliyi "Anım Günü" ilə bağlı məlumat yayıb

Azərbaycan müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi plana əsasən, sentyabrın 27-də Azərbaycan-Ermənistan arasında 2020-ci ildə baş vermiş müharibənin "Anım Günü" ilə əlaqədar Azərbaycan Ordusunda silsilə tədbirlər keçiriləcək. Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.
Məlumata görə, nazirliyin rəhbərliyi və digər hərbi qulluqçular tərəfindən Fəxri xiyaban və Şəhidlər xiyabanları ziyarət olunacaq, eks-prezident Heydər Əliyev eləcə də Qarabağ müharibəsi şəhidlərinin məzarları üzərinə gül dəstələri düzülərəcək və xatirələri yad ediləcək.
Tədbirlər çərçivəsində hərbi qulluqçular üçün İkinci Qarabağ müharibəsinə həsr olunan sənədli filmlər, videoçarxlar, foto və kitab sərgiləri nümayiş etdiriləcək.
"Tədbirlərdə Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun qazandığı şanlı qələbənin tarixi əhəmiyyətindən, xalqımızın qələbədəki rolundan, döyüş iştirakçılarının igidlik və qəhrəmanlıq nümunələrindən, eləcə də şəhidlərimizin əziz xatirələrindən danışılacaq.Həmçinin hərbi qulluqçular şəhid ailələri və döyüşlərdə sağlamlıqlarını itirən hərbçilərimizi ziyarət edəcəklər"- MN-dən bildirilib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























