AXCP aksiya keçirəcək

Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sentyabrın 30-da Bakıda, Milli Məclisin binası qarşısında aksiya keçirəcək. Bu barədə aksiyanın təşkilatçıları məlumat yayıb.
Aksiyasnın təşkilatçıları AXCP Rəyasət Heyətinin üzvləri Nurəddin Məmmədli, Vahid Məhərrəmli, İlham Hüseyn və Saqif Qurbanovdur.
Aksiyanın təşkilatçılarından Vahid Məhərrəmli bildirib ki, aksiyanın keçiriləcəyi ilə bağlı sentyabrın 21-də Bakı Şəhər İcra Hakimiyyətinə xəbərdarlıq məktubu təqdim ediblər, lakin məktuba hələ ki cavab gəlməyib.
"Aksiya siyasi partiyalar haqqında yeni mürtəce qanun layihəsinə etiraz, siyasi məhbuslara azadlıq, azad seçki, ölkədə demokratik dəyişikliklər, sərhədlərin açılması və Rusiyada yaşayan soydaşların təcili olaraq vətənə qayıdışının təşkil edilməsi tələbi ilə keçiriləcək", - Məhərrəmli deyib.
Bakı şəhər İcra Hakimiyyəti və Daxili İşlər Nazirliyi aksiya barədə hələ ki açıqlama verməyib.
Ləman
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























