Azərbaycanda mülayim hava müşahidə olunacaq

Aprelin 15-də Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova APA-ya açıqlamasında bildirib ki, səhər və axşam bəzi yerlərdə duman olacaq. Şimal küləyi gündüz cənub küləyi ilə əvəz olunacaq. Havanın temperaturunun gecə 7-12 gündüz 18-23 dərəcə isti olacağı gözlənilir.Sabah Azərbaycanın əksər rayonlarda hava şəraitinin yağmursuz olacağı, lakin səhər və axşam bəzi dağlıq rayonlarda yağış yağacağı, şişmək çaxacağı gözlənilir. Səhər ayrı-yarı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 8-13, gündüz 19-24, dağlarda gecə 2-6, gündüz 11-16 dərəcə isti olacaq. Tibbi meteoroloji proqnoza gəlincə, yaxın 3 gün ərzində mülayim yaz havası və Abşeron yarımadasında meteoroloji amillərin normal sutkalıq gedişi normal meteohəssas üçün əsasən əlverişlidir.ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























