• $
  • €
  • ₽
  • ₺
  • £

Əvəz Zeynallının şikayəti təmin edilmədi

Əvəz Zeynallının şikayəti təmin edilmədi
26.09.2022 16:19
Bakı Apellyasiya Məhkəməsi hazırda barəsində həbs qətiimkan tədbiri seçilmiş "Xural TV” internet televiziyasının rəhbəri Əvəz Zeynallının ev dustaqlığına buraxılması ilə bağlı verdiyi apellyasiya şikayətini təmin etməyib.  Bu barədə onun vəkili  Rasim Məmmədov Anews.az-a bazarertəsi məhkəmə iclasından sonra bildirib.  

Bir müddət qabaq haqqın.az saytında  Əvəz Zeynallının  Baku Steel Company şirkətinin hazırda həbsdə olan sabiq rəhbəri Rasim Məmmədovun ailəsindən 20 min manat pul  aldığı barədə məlumatlar yer alıb. Bundan  sonra Baş prokurorluq məsələni araşdrmaya götürməsi barədə xəbər yayıb.
 
KİV-də gedən məlumata görə,  Rasim Məmmədovun arvadı Əvəz Zeynallıya  onun əri barədə təhqiredici məlumatlar verməməsi məqsədilə pul təklif edib. Jurnalist isə pulu almasına baxmayaraq təhqirləri dayandırmayıb. 
 
Mətbuatda pulun Əvəz Zeynallıya Rasim Məmmədovun vəkili Elçin Quliyev vasitəsilə verildiyi də iddia olunur. 
 
Rasim Məmmədovun vəkili  Elçin Sadıqov  müdafiə etdiyi şəxsin ailəsi ilə əlaqə saxladığını və iddianın əsassız olduğunu bildirib. 
 
Baş prokurorluğun apardığı istintaq əməliyyatları zamanı Əvəz Zeynallı və Elçin Sadıqovun evi və ofislərində  axtarış aparılıb və Binəqədi Rayon Məhkəməsi onlar barəsində 4 ay müddətinə həbs qətiimkan tədbiri seçib. Bakı Appelyasiya məhkəməsi Elçin Sadiqovun ev dustaqlığına buraxılması barədə şikayətini  sentyabrın 17-də  təmin edib. 
 
Toplanmış ilkin sübutlara əsasən  Əvəz Zeynallı Cinayət Məcəlləsinin 311.3.3-cü və Elçin Sadıqov  Cinayət Məcəlləsinin 32.5, 311.3.3-cü (külli miqdarda rüşvət almaqda köməkçilik) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə onlara həmin maddə ilə nəzərdə tutulmuş ittiham elan edilib. 

2011-ci ildə rüşvət almaq ittihamı ilə həbs edilən Əvəz Zeynallı iki ildən sonra 9 il müddətinə azadlıqdan məhrum edilmişdi. O, 2014-cü ildə əfv fərmanı ilə azadlığı buraxılıb.  Əvəz Zeynallı barəsində verilən ittihamları rədd edib. 
 
Ləman Qasımova

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol