• $
  • €
  • ₽
  • ₺
  • £

BMU ilə Daşkənd universiteti arasında saziş imzalandı

BMU ilə Daşkənd universiteti arasında saziş imzalandı
26.09.2022 21:00
Bakı Mühəndislik Universiteti (BMU) ilə Daşkənd İNHA Universiteti arasında əməkdaşlq haqqında saziş imzalanıb.
 

Sənədi BMU-nun rektoru, professor Havar Məmmədov və Daşkənd İNHA Universitetinin rektoru Müzəffər Cəlalov imzalayıb.
 
Saziş təhsil və elmi-tədqiqat sahəsində qarşılıqlı əməkdaşlığın təşviqini, eyni zamanda tələbə, professor-müəllim heyəti üçün təhsil və elmi-tədqiqat, eləcə də mədəniyyət sahəsində təcrübə mübadiləsinin aparılmasına dəstək verilməsini nəzərdə tutur.
 
İmzalanma mərasimində rektor Havar Məmmədov Azərbaycan ilə Özbəkistan arasında dərin kökləri olan dostluq münasibətlərinin ölkə rəhbərlərinin- Prezident İlham Əliyevin və Prezident Şavkat Mirziyoyevin  siyasi iradəsi ilə yeni inkişaf tempinə qədəm qoyduğunu, bu əlaqələrin perspektivli olan bir çox istiqamətlərlə yanaşı, ali təhsil sahəsində də inkişaf etdirilməsi üçün geniş potensialın olduğunu vurğulayıb.
 
Bakalavriat səviyyəsində mühəndislik ixtisasları istiqaməti üzrə BMU ilə Koreyanın İNHA Universitetinin 2020/2021-ci tədris ilindən birgə həyata keçirdiyi ikili diplom proqramının (İDP) icra vəziyyətindən danışan rektor bu proqramın "2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın tərkib hissəsi olduğunu diqqətə çatdırıb. İDP çərçivəsində cari tədris ilində İnformasiya texnologiyaları, İnşaat mühəndisliyi, Elektrik mühəndisliyi və Elektronika mühəndisliyi ixtisasları üzrə qəbulun uğurlu nəticələrini qonaqla paylaşan rektor qeyd edib ki, İDP-yə qəbul olunaraq tələbə adı qazananların 50 nəfəri 500, 49 nəfəri isə 600 baldan çox nəticə göstərmiş abituriyentlərdir.
 
Daşkənd İNHA Universitetinin rektoru Müzəffər Cəlalov universitetin tarixi, tədris proqamları haqda məlumat verib. Bildirib ki, rəhbərlik etdiyi universitetdə hazırda bakalavr pilləsi üzrə iki fakültədə (Kompüter və proqram mühəndisliyi; Biznes və logistika), magistratura pilləsində isə "Rəqəmsal transformasiyada MBA” proqramı üzrə kadr hazırlığı aparılır, hər iki pillə üzrə məzunlara proqramları uğurlu başa vurduqdan sonra INHA Universitetinin diplomu verilir. Daşkənd İNHA Universitetində DATA mərkəz, İT Akademiyanın fəaliyyət göstərdiyini də vurğulayan M.Cəlalov gələcək əməkdaşlıq əlaqələrinin qurulmasına göstərdikləri maraqdan, bu münasibətlərin inkişaf etdirilməsinin tərəflər üçün əhəmiyyəti və faydalarından söz açıb.
 
Tədbirdə universitetlər arasında əməkdaşlıq əlaqələrinin qurulması və gücləndirilməsi, o cümlədən tələbə mübadiləsinin təşkili, tədris prosesinə qarşılıqlı professor-müəllim heyətinin cəlbi, faydalı təcrübələrin bölüşdürülməsi imkanları geniş müzakirə edilib.
 
Sonda qarşılıqlı xatirə hədiyyələri təqdim olunub.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol