Fəxri Xiyabanda şəhidlərin xatirəsi yad edilir - CANLI YAYIM

Hazırda Fəxri Xiyabanda II Qarabağ Müharibəsi Şəhidlərinin xatirəsi anılır.
Bu gün, sentyabrın 27-də Vətən müharibəsinin başlamasından iki il keçir. Bununla əlaqədar olaraq bu il Anım Günündə şəhidlərin xatirəsi Azərbaycanda fəaliyyət göstərən dini məbədlərdə - məscidlərdə, kilsələrdə, sinaqoqlarda dərin ehtiramla yad olunacaq, Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş Vətən övladlarının ruhuna dualar oxunacaq.
Saat 12:00-da ölkə ərazisində şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək.
Saat 12:00-da ölkə ərazisində şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək.
2020-ci il sentyabrın 27-də Azərbaycan Müdafiə Nazirliyi cəbhədə Ermənistan tərəfindən təxribat törədilməsi nəticəsində ölən və yaralıların olduğu barədə bəyanat yayıb. Bundan sonra Azərbaycan tərəfi əks hücum əməliyyatlarına başladığını bildirib.Cəbhədə döyüşlər başlandıqdan sonra Ermənistan tam, Azərbaycan isə qismən hərbi səfərbərlik elan edib. 44 günlük davam edən müharibədə Azərbaycan 2908 şəhid verib. Noyabrın 10-da isə Azərbaycan, Ermənistan və Rusiyanın 3 tərəfli bəyanatı imzalanıb. Bəyanata görə hər iki ölkə hərbi əməliyyatları dayandırıb.
Aytac Zeynalova
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























