• $
  • €
  • ₽
  • ₺
  • £

Mətbuat Şurasının işində nə dəyişəcək?

Mətbuat Şurasının işində nə dəyişəcək?
27.09.2022 19:47
Media ilə dövlət məmurları arasında bir körpü yaratmaq məqsədilə təsis olunmuş Azərbacan Mətbuat Şurasının son  qurultayının üstündən iki gün keçsə də hələlik bu qurumun işində nə kimi yeniliklərin olacağı barədə hər hansı konsepsiya və ya açıqlama ortaya qoyulmayıb. Odur ki, şuranın idarə heyətinin əvvəlki tərkibində təmsil olunan və yeni seçilən üzvlərinə "Bundan sonra Mətbuat Şurasının işində nə dəyişəcək" sualı ilə müraciət etdik. 
 
APA informasiya agentliyinin rəhbəri Vüsalə Mahirqızı Mətbuat Şurasının buna qədərki İdarə Heytində təmsil olunub. İndi deyir ki, qurumun daha açıq və çevik fəaliyyət göstərməsinin tərəfdarıdır.
 
"Mətbuat şurası sosial mediada jurnalistlərə daha çevik cavab verməlidir. Media agentliyi ilə birgə jurnalistlərin peşəkarlaşması istiqamətində daha yaxşı seminarlar təşkil etsələr daha yaxşı olar. Əslində media rəhbəri kimi bu şura mənim əleyhimə olan bir şeydir, amma mən jurnalistlərin həmkarlar ittifaqlarının gücləndirilməsinin tərəfdarıyam. Əmək fəaliyyəti, jurnalistlərin sosial təminatının yaxşılaşdırılması, jurnalistlərin peşə fəaliyyətinə yaradılan manelərin aradan qaldırılması istiqamtində işlər görülməlidir. Bu istiqamətdə mətbuat şurası töhfə verə bilsə nə gözəl olar. Bəzən jurnalistlər mətbuat şurasından maliyyə dəstəyi, müəyyən məsələlərdə qərarverici funksiyalar gözləyir. Ancaq mətbuat şurasının belə bir funksiyası yoxdur.  Eyni zamanda Mətbuat Şurası beynəlxalq  "network" də çox yaxşı təmsil olunmalıdır.  Beynəlxalq təşkilatlarla müqavilələrimiz artmalıdır" ,- Vüsalə Mahirqızı bildirib.
 
Mətbuat Şurasının İdarə  Heyətində yeni təmsil olunan editor.az saytının təsisçisi  Fərid Şahbazovun fikrincə, gənclərin mətbuat şurasında təmsil olunması daha məqsədəuğundur.
 
"Mətbuat Şurasının üzvlərinin gəncləşməsi lazımdır. Gənclərin Mətbuat Şurasında təmsil olunması şurasının, yeni çağırışlara, müasir tələblərə uyğun olmasına gətitib çıxaracaq. Gənc nəsil daha çox sosial şəbəkə istifadəçiləridir. Bu da Mətbuat Şurasında vacib amil sayılır. Kriteriyada istedat, bacarıq, keyfiyyətli iş əmsalı ortaya qoyan gənclər olmalıdır", - Şahbazov əlavə edib.
 
Azərbaycan Mətbuat Şurasının  keçmiş sədri olan Əflatun Amaşov seçilən namizədlər demokratik yolla seçilldiyini bildirib.
 
"Əminəm ki, öz işlərini uğurla yerinə yetirəcəklər",- Amaşov vurğulayıb.
 
Mətbuat Şurası  2003-cü il martın 15-də ölkə jurnalistlərinin I qurultayında 180-dək aparıcı kütləvi informasiya vasitəsinin təsisçiliyi ilə yaradılıb. 170-ə yaxın KİV və jurnalist təşkilatını təmsil edən 400-ə yaxın nümayəndənin iştirak etdiyi qurultayda Mətbuat Şurasının rəhbər heyəti seçilib. Həmin il aprelin 24-də ictimai əsaslarda çalışan bu qurum  Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınıb. 
 
Mətbuat Şurasının 2022-ci il sentyabrın 24-də keçirilən qurultayında 525-ci qəzetin redaktoru Rəşad Məcid  bu qurumun yeni rəhbəri seçilib. Şuranın İdarə Heyətinin tərkibində də müəyyən dəyişikliklər edilsə də 80% eyni adamlardan ibarət olaraq qalıb.
 
Aytac Zeynalova

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol