"Azəriqaz"ın sahə rəisi işdən qovuldu

Tərtər rayon QİS-nin rəisi sayğacdan kənar qazdan istifadə etdiyinə görə işdən çıxarılıb. ANS PRESS-in məlumatına görə, bu barədə “Azəriqaz” İB-nin mətbuat xidmətinin rəhbəri Azər Ağayev məlumat verib.O bildirib ki, Tərtər rayon QİS-nin rəisi Bakir Qurbanov Azəriqaz İstehsalat Birliyi baş direktorunun 10 aprel tarixli əmri ilə işdən azad olunub.Rəisin vəzifəsindən azad olunmasına səbəb işdə yol verdiyi nöqsanlardır. Belə ki, Bakir Qurbanov sayğacdan kənar qazdan istifadə edib. ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























