Feminist fəallar İran Səfirliyinin qarşısında aksiya keçiriblər

Feminist fəallar Bakıda İran Səfirliyinin qarşısında aksiya keçiriblər. Fəallar Ayətullah Əli Xameneinin əmmaməsini simvolizə edən qara parçanı yandırmağa cəhd ediblər, lakin səfirliyin önündə olan polislər buna mane olublar. Onlar üzərinə "Bədənimə, qərarlarıma toxunma", "Rədd olsun əxlaq gözətçiləri" və "Qadınlardan əlini çək" yazılı köynəklər geyiniblər. Fəallar aksiyanı İrandakı qadınlara dəstək məqsədilə keçirdiklərini deyirlər.
Feminist fəal Nərmin Şahmarzadə bildirib ki, Azərbaycan Feminist Hərəkatı adından İran qadınlarının mübarizəsini təqdir edirlər: "Bununla da bütün diktatorlar dərk etməlidirlər ki, qadınlar üzərində hər hansı bir söz sahibi ola bilməzlər. Qadınlar bədənləri ilə bağlı, istər hicab taxıb taxmamaq və digər bu qəbildən seçimləri ilə bağlı müstəqil olmalıdırlar. Bununla da bütün diktatorlara mesaj ötürmüş oluruq. Burada yandırılan əmmamə də sırf Xameneinin və onun tərəfdaşlarının, o rejimin tərəfdaşlarının əmmaməsini simvolizə edilmiş halı idi".
"Düşünə bilərsiniz ki, Azərbaycanda hicab qadağası, hicab məcburiyyəti yoxdursa bu etirazın mənası nədir? Bizim də azərbaycanlı qadınlar olaraq daima bədənimizə müdaxilə olunur, geyimlərimizə müdaxilə olunur, görünüşümüzə müdaxilə olunur. Bizə də cəmiyyət diktə etməyə çalışır ki, biz necə geyinməliyik, necə görünməliyik, hara necə getməliyik. İstənilən halda irtica bizim bədənimiz üzərindən hakimiyyət qurmağa çalışır. Ona görə də biz iranlı bacılarımızla və onların mübarizəsi ilə həmrəyik".
Aksiyada saxlanılan olmayıb.
Tehranda əxlaq polisinin nəzarətində olan Məhsa Əmininin ölümündən sonra ölkənin əksər vilayətlərində etiraz dalğası başlayıb. Etirazçılar İranın dini lideri Əli Xamneyiyə qarşı şüarlar səsləndirib onun küçələrdə asılmış afişalarını yandırıblar. Ölkənin bəzi şəhərlərində hələ də davam edən bu etiraz aksiyalarında xeyli sayda etirazçı həbs edilib, lakin Daxili İşlər Nazirliyi həbs olunanların dəqiq sayını hələ ki, açıqlamayıb. Buna baxmayaraq, İranın dövlət televiziyası İranda ölənlərin sayının 35 olduğunu açıqlayıb.
İran İslam Respublikası əvvəllər olduğu kimi interneti kəsib və vətəndaşların etirazlarla bağlı xəbərlərə çatımına mane olub.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























