Qanunsuz ağac kəsənlərə 10 min manatdan çox ziyan vuruldu

Dövlət Ekoloji Təhlükəsizlik Xidməti tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı İsmayıllı və Tovuz rayonları ərazilərində ağac, kol bitkilərinin qanunsuz kəsilməsi faktı aşkar edilib.
Xidmət rəsmisi Bəhruz Məhəmmədov bildirib ki, araşdırma zamanı yaşıllıqların İsmayıllı rayon sakini Rəşid İsmayılov, Tovuz rayon sakini Nabil Məmmədov tərəfindən kəsildiyi və təbiətə ümumilikdə 10820 manat məbləğində ziyan dəydiyi müəyyən olunub.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























