• $
  • €
  • ₽
  • ₺
  • £

Şəhid qardaşı şəhidin ailə üzvü hesab edilmir - Komitə sədri

Şəhid qardaşı şəhidin ailə üzvü hesab edilmir - Komitə sədri
28.09.2022 17:17
Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi şəhid qardaşına verdiyi cavab tam doğrudur, yəni o şəhidin ailə üzvü hesab olunmur. Bu sözləri anews.az-a açıqlamasında Milli Məclisin Əmək və Sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib.
 
""Şəhidin adının əbədiləşdirilməsi haqqında" qanuna görə şəhidin ailə üzvləri onun atası, anası, həyat yoldaşı, 18 yaşına çatmayan övladları, 18 yaşdan yuxarı olan bacı-qardaş və övlad varsa, şəhidin ailəsi statusunu itirir. 18 yaşına çatmayanların da sosial təminatları ödəməsi üçün bu bəndlər qanunda öz əksini tapıb. 18 yaşından yuxarı şəxslər artıq hüquqi olaraq  işləmək qabiliyyətinə malik olduqları üçün bu imtiyazlardan yararla bilməzlər. Buna görə də Əmək və Əhalinin Sosial Müafiəsi Nazirliyinin şəhidin qardaşı Sənan Əhmədova verdiyi cavab doğrudur. Sadəcə ola bilər ki, düzgün şərh etmədikləri üçün insanlar arasında anlaşmazlıq yaranıb. Həm də qanunda "bacı-qardaşları və uşaq evində böyüyənlər bəndi ayrı yazıldığı üçün səhv anlaşılır. Əslində isə o bənd 18 yaşına kimi olan şəxslər üçün nəzərdə tutulub"", - deputat bildirib.
 
Musa Quliyev hesab edir ki, Sənan Əhmədova sosial təminatını yaxşılaşdırmaq üçün başqa işlər görmək olar.
 
"Sənan Əhmədova yaxşı maaşı olan iş tapmaq olar. Ya da məşğulluq proqramı çərçivəsində ona kiçik biznesin qurulması üçün dəstək göstərmək olar", - Quliyev deyib.
 
Komitə sədri 1 otaqlı mənzil məsələsinə də aydınlıq gətirib. 
 
"Qanunla uşaq evində böyüyənlərin evlə təmin olunması mümkündür. Sadəcə Sənan Əhmədovun ailəsi 3 nəfərdən ibarət olduğuna görə, 1 otaqlı ev onu razı salmayıb. Biz artıq Nazirlər Kabinetinə bununla bağlı müraciət etmişik. Rahat yaşayış üçün daha böyük kvadratlı evlər insanlara verilməlidir", - millət vəkili əlavə edib.

Şəhid Səbuhi Əhmədovun qardaşı Sənan Əhmədov Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ona vermək istədiyi bir otaqlı mənzildən imtina edib.
 
Bildirib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən ona bildirilib  ki, o şəhidin ailəsi hesab olunmur. 
 
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin isə bildirilib ki, nazirliyin təşəbbüsü ilə ona imtiyazlı şəxs kimi mənzilin verilməsi üçün bir neçə dəfə əyani, bir neçə dəfə telefonla danışılıb, qanunvericilik izah edilib.
 
"Sənanın təlim və tərbiyə aldığı "SOS Uşaq Kəndləri – Azərbaycan” Assosiasiyası Nizamnaməsinə görə valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün müəssisə statusunda deyil. Buna baxmayaraq, dövlətin qayğısının bir daha təzahürü olaraq Sənan Fuad oğlu Əhmədovun sosial-məişət şəraitinin yaxşılaşdırılması üçün Nazirlik hazırda mümkün olan təklifi – sosial tərəfdaş vasitəsilə təqdim olunan 1 otaqlı mənzili ona təklif edib. Sənan bundan imtina edərək 2 otaqlı mənzil istədiyini bildirib. Sənana qanunvericiliyin tələbləri barədə bir daha ətraflı məlumat verilib", - nazirliyin açıqlamasında bildirilib.
 
Səbuhi Əhmədov 12 sentyabr da Ermənistan silahlı qüvvələrinin təxribat xarakterli terroru nəticəsində şəhid olub. Şəhid qardaşı ilə birgə uşaqikən valideynlərini itirdiyi üçün uşaqlar evində böyüyüb. 
 
Gülnar Nazimqızı 
 
 
 



www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol