• $
  • €
  • ₽
  • ₺
  • £

ASAP tərəfindən 27 Sentyabr- Anım Günü ilə bağlı silsilə tədbirlər keçirilib

ASAP tərəfindən 27 Sentyabr- Anım Günü ilə bağlı silsilə tədbirlər keçirilib
28.09.2022 22:03
Azərbaycanlı Tələbələr və Məzunlar Platforması (ASAP) 27 Sentyabr- Anım Günü ilə əlaqədar Polşa, Belçika və Macarıstanda  silsilə tədbirlər keçirib.

Tədbirlərdə 44 gün davam edən Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, xalq-ordu birliyinin möhtəşəm qələbə ilə başa çatmasının hər bir Azərbaycan vətəndaşının qəlbində böyük qürur və iftixar hissi yaratdığından, Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan igidlərin qəhrəmanlıqlarından bəhs edərək, 30 ildən bəri işğal altında olan şəhər və kəndlərimizin azad olunmasının, ölkəmizin ərazi bütövlüyünün bərpa edilməsinin, məcburi köçkünlərin köçkünlük həyatının sona çatması və doğma yurdlarına qayıtmaq imkanlarının yaradılmasının müasir tariximizin ən möhtəşəm hadisəsi olduğu vurğulanıb.

Polşanın Varşava şəhərində  ASAP və Polşa Azərbaycanlıları Şurası ilə birgə təşkil olunan tədbirdə şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Azərbaycanlı tələbələr Varşavada yerləşən Azərbaycan evinin qarşısında toplaşaraq Vətən müharibəsində həlak olmuş şəhidlərimizin əziz xatirəsinə ehsan paylayıblar. Bundan əlavə, şəhidlərimizin şəkillərindən ibarət foto-sərgi təşkil olunaraq, yaxınlaşan yerli vətəndaşlara müharibənin həqiqətləri ilə bağlı məlumat verilib.

ASAP Belçika Nümayəndəliyinin əməkdaşları Belçikada təhsil alan azərbaycanlı tələbələrlə birgə Azərbaycanın Belçikada olan səfirliyinin önündə bir araya gələrək, anım mərasimi keçiriblər. Anım mərasimində Vətən müharibəsi zamanı şəhidlik zirvəsinə ucalan şəhidlərimizin əziz xatirəsini 1 dəqiqəlik sükutla yad ediblər. 

Macarıstanda təhsil alan azərbaycanlı gənclər isə ölkəmizin Macarıstanda olan səfirliyinin qarşısında  Vətən müharibəsi şəhidlərinin xatirəsini ehtiramla anıblar. Səfirliyin daxilində şəhidlərimizin şəkillərindən ibarət foto-sərgi təşkil olunaraq tədbir iştirakçılarına Vətən müharibəsi ilə bağlı məlumat  verilib.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol