Qafqaz Universitetinə tələbə qəbulu dayandırılır?

Bu il Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının qəbul aparacağı ali təhsil müəssisələrinin sırasına Qafqaz Universiteti daxil edilməyib.
Modern.az saytına daxil olan məlumata görə, amma Qafqaz Universitetinin prorektoru Natiq Paşa yayılan məlumatın əksinə olaraq bu il universitetə qəbul aparılacağını qeyd edib:
“Bütün sənədləri, qəbul planlarını Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına vermişik və Komissiya onları təsdiqləyib. Qafqaz Universitetinin qəbul siyahısından çıxarılması xəbəri inandırıcı deyil. Qəbul mütləq aparılacaq. Hətta builki planımız keçən ilkindən təxminən 128 nəfər artıqdır”. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından və Təhsil Nazirliyindən məsələyə münasibət öyrənmək mümkün olmayıb.ANN.AzOxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























