• $
  • €
  • ₽
  • ₺
  • £

DİN 16 yaşlı şəxslərin ana olması barədə rəqəmləri açıqlamır

DİN 16 yaşlı şəxslərin ana olması barədə rəqəmləri açıqlamır
29.09.2022 11:40
Dövlət Statistika Komitəsi 2021-ci il də 18 yaşadək analar tərəfindən doğulan uşaqların ümumi sayının 9476 nəfər olduğunu açıqlayıb. Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumatı şərh etmək istəməyib, sözügedən mövzu ilə bağlı onlarda statistik məlumat olmadığını bildirib.

DSK bildirib ki, 9476 nəfərin 84-ü 16 yaşa qədər olan analar, 341-i 16 yaşlı analar (ümumilikdə 425 nəfər), 1225-i 17 yaşlı olan analar, 2972-i 18 yaşlı analar, 4854-i 19 yaşlı analar tərəfindən doğulanlardır.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev anews.az-a bildirib ki, DSK-nin verdiyi açıqlamanı şərh etmək istəmir.
 
"Dövlət Statistika Komitəsinin yaydığı rəqəmlər ilə bağlı şərh etməyi doğru hesab etmirəm. Bu məsələlər ilə bağlı, yetkinlik yaşına çatmayanlar ilə bağlı dövr ərzində daxili işlər orqanlarına daxil olan bütün müraciətlər diqqətlə yoxlanılıb, araşdırılıb, tədqiqat, istintaq hərəkətləri təmin edilib. İstintaq tədbirlərinin nəticələri barədə aidiyyatı dövlət qurumlarına müvafiq məlumat verilib. Hər bir halda bu məsələlər barədə daxil olan müraciətlərə etinasız yanaşılmayıb. Hazırda bu mövzuda hər-hansı statistik rəqəm DİN mətbuat xidmətində yoxdur", - o deyib.
 
Daxili İşlər Nazirliyinin rəsmi saytında da bu barədə məlumat öz əksini tapmayıb.

Dövlət Statistika Komitəsinin dünən, sentyabrın 28-də açıqladığı hesabatına görə, 2021-ci il 16 yaşına çatmayan 84 nəfər uşaq dünyaya gətirib, bu rəqəm 2020-ci il 103 nəfər olub. Ümumilikdə isə ötən il 425 məktəbli ana olub, 2020-ci ildə bu rəqəm 452 olub. Ümumilikdə 2021-ci il 9476 nəfər  20 yaşadək analar tərəfindən uşaqlar doğulub. 2020-ci ildə bu rəqəm 12209 olub.  2021-ci il nigahdankənar 15-19 yaşlı qadınlar tərəfindən  4547 uşaq dünyaya gəlib. 2020-ci il bu rəqəm 4955 olub.  Ötən il 17566 uşaq nigahdankənar doğulub. 2020-ci ildə isə bu rəqəm 17714 olub.
 
Qanun nə deyir?
 
Azərbaycan Respublikasının hazırda qüvvədə olan Cinayət Məcəlləsinin 152.2 (On dörd yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) və 149.(Zorlama, təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə) maddələri ilə cinayət işi başlanıla bilər. 
 
CM-nin 149.1.  maddəsi ilə zorlama, yəni zərərçəkmiş şəxsə və ya başqa şəxslərə qarşı zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi ilə və ya zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə etməklə onunla cinsi əlaqədə olma dörd ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.  150.1. maddəyə görə, zərərçəkmiş şəxsə və ya başqa şəxslərə zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi ilə və ya zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə etməklə uşaqbazlıq və ya seksual xarakterli digər zorakılıq hərəkətləri etmə üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Məcəllənin 152.1. maddəsi ilə on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 152.2. maddəsinə görə, eyni əməllər on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə üç ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Bu Məcəllənin 152.1 və ya 152.2-ci maddələrində göstərilən əməllər yetkinlik yaşına çatmayanı tərbiyə etmək vəzifəsi daşıyan şəxslər və ya yetkinlik yaşına çatmayana nəzarəti həyata keçirmək vəzifəsini daşıyan təhsil, tərbiyə, tibbi və ya digər müəssisənin müəllimi və ya digər işçisi tərəfindən törədildikdə üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə dörd ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
 
 
Ləman Qasımova

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol