Heyvan haqları müdafiəçiləri cərimələndi

"Toplan" Sahibsiz İtlərə Qayğı Mərkəzinin əməkdaşları Günel Musayeva və Cəlal Məlikov heyvansevər fəallar - Aynur Babazadə, Nicat İsmayılov, Elxan Mirzəyev və İlhamə Nəsirova barəsində açdığı cinayət işində heyvan haqları müdafiəçilərinə hökm oxunub. Bu barədə sentyabrın 27-də Xətai Rayon Məhkəməsində qərar qəbul edilib.
Məhkəmə İlhamə Nəsirovanı 1000, Elxan Mirzəyevi 1000, Aynur Babazadəni 1500, Nicat İsmayılovu isə 2000 manat məbləğində cərimə edib. Mənəvi zərərə görə isə Aynur Babazadə 1000, Nicat İsmayılov 1000, İlhamə Nəsirova 700, Elxan Mirzəyev 500 manat məbləğində kompensasiya ödəməlidirlər.
www.anews.az

İddiaçıların şikayətinə görə, heyvan haqları müdafiəçiləri "Toplan"-nın nüfuzuna xələl gətirib və həmin qurumun iki əməkdaşın fotosunu paylaşandan sonra onların müştərilərinin sayı kəskin azalıb. Təhqir və böhtan əməllərində ittiham olunan Aynur Babazadə, Nicat İsmayılov, Elxan Mirzəyev və İlhamə Nəsirovadan 100 000 manat məbləğində təzminat tələb edilmişdi.
Heyvansevərlər bir neçə dəfə "Toplan" Sahibsiz İtlərə Qayğı Mərkəzinin önündə etiraz aksiyası keçiriblər. Etirazçılar iddia edir ki, mərkəzdə küçədən toplanan itlər məhv edilir. Onların əsas tələbi mərkəzin ictimaiyyət qarşısında şəffaf fəaliyyət aparması, qapılarını könüllülərə açması, itlərə nə edildiyi haqqında onlara məlumat verilməsidir.
Ləman
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib