• $
  • €
  • ₽
  • ₺
  • £

Bir ayda motosiklet və skuter qəzasına düşənlərin SAYI

Bir ayda motosiklet və skuter qəzasına düşənlərin SAYI
29.09.2022 14:02
Motosiklet, moped və skuter qəzası nəticəsində son 1 ayda yaralanan 54 nəfər Kliniki Tibbi Mərkəzə (KTM) gətirilib. Bu barədə Mərkəzin mətbuat katibi Elnur Hidayətoğlu məlumat verib.

Yaralılardan 5-nin vəziyyəti ağır olduğu üçün xəstəxanaya yerləşdirilib. 

"49 nəfər isə ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb. Yaralılardan 24-ü motosiklet, 7-si moped, 23-ü isə skuter qəzasından gəlib.

KTM-in Təcili tibbi yardım şöbəsinin müdiri Aydın Əlizadə isə deyib ki, motosiklet, moped və skuter qəzalarının sayı hər ay daha da artır.

"Əvvəllər skuter qəzalarına rast gəlinmirdi. Lakin indi skuterdən yıxılma ilə bağlı şöbəyə tez-tez müraciətlər olur. Əksəriyət bu qəzalarda müxtəlif travmalar alır. Bəziləri ilkin tibbi müdaxilə göstərdikdən sonra evə buraxılır. Həmçinin, moped və motosiklet qəzalarının da sayı hər ay durmadan artır. Qəzaya düşən gənclərin çoxu kuryerliklə məşğul olur. Lakin bilərəkdən yüksək sürətlə qəzaya səbəb olanlar da az deyil”, - o deyib.
 
Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimai qurumlarla əlaqə şöbəsinin inspektoru Toğrul Nəsirli  bildirmişdi ki, 2021-ci il Azərbaycan a üzrə moped və motosiklet sürücüləri tərəfindən yol hərəkəti qaydalarının pozulması nəticəsində 47 yol nəqliyyat qəzası baş verib. 13 nəfər ölüb,37 nəfər isə müəyyən bədən xəsarətləri alıb. 2022-ci ilin yanvar-fevralında isə moped və motosiklet sürücüləri tərəfindən yol hərəkəti qaydaları pozulması nəticəsində  9 yol nəqliyyat hadisəsi baş verib,1 nəfər ölüb 8 nəfər xəsarət alıb. 

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 338.4-cü maddəsinə görə velosipedçilər və moped idarə edən şəxslər tərəfindən yol hərəkəti qaydalarının pozulmasına görə 40 manat  cərimə nəzərdə tutulub.
 
Ləman
 


www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol