• $
  • €
  • ₽
  • ₺
  • £

Tarixi abidələrə müdaxilə edənlərə xəbərdarlıq edildi

Tarixi abidələrə müdaxilə edənlərə xəbərdarlıq edildi
29.09.2022 22:44
Bakı şəhərində yerləşən tarixi abidələrə edilən qanunsuz müdaxilələr, təmir-bərpa işlərinin aparılması ilə əlaqədar yol verilmiş qanunsuz halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması məqsədi ilə keçirilən monitorinqlər nəticəsində 26 protokol yazılıb, xeyli sayda obyekt sahibinə xəbərdarlıq edilib.
 
Bu barədə Mədəniyyət Nazirliyi yanında Mədəni İrisin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən bildirilib.
 
Qeyd edək ki, sentyabrın 1-dən mədəniyyət naziri Anar Kərimovun tapşırığına uyğun olaraq nazirlik yanında tərəfindən həyata keçirilən operativ monitorinqlər davam edir. Növbəti monitorinq tədbirləri dislokasiyaya uyğun olaraq Bakı şəhəri Yasamal rayonu Azərbaycan prospektində yerləşən tarix-memarlıq abidələrini əhatə edib.
 
"Bir daha bildirmək istəyirik ki, Dövlət Xidməti istisna olmaqla digər heç bir qurumun tarix-mədəniyyət abidələri üzərində hər hansı təmir-bərpa işlərinin aparılması, onların üzərinə reklam və digər lövhələrin yerləşdirilməsinə icazə vermək səlahiyyəti yoxdur.
 
Tarix-memarlıq abidələri ilə bağlı aparılan monitorinqlər davam etdiriləcək. Bütün qanunsuz müdaxilələrin qarşısı alınacaq. Xəbərdarlıqlara rəğmən yol verdikləri nöqsanları aradan qaldırmayan obyekt sahiblərinə cərimələr tətbiq olunacaq və onlar barəsində hüquq mühafizə orqanlarına müraciət olunacaq", - məlumatda deyilir

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol