Oktyabrın 2-də iki ölkə nazirləri yenidən görüşəcək

Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyanın görüşü bazar günü Cenevrədə baş tutacaq, Ermənistan Xarici İşlər Nazirliyinin sözçüsü Vaan Unanyan "İnterfaks”a bildirib.
www.anews.az
"Oktyabrın 2-də Cenevrədə Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin görüşü keçiriləcək", - Hunanyan deyib.
İki ölkənin xarici işlər nazirləri sonuncu dəfə 16 iyul 2022-ci il tarixində Gürcüstanın paytaxtı Tbilisidə görüşüb.
Görüş iki dövlət arasında silahlı münaqişənin həllindən sonra yaranmış post-münaqişə reallıqları əsasında Azərbaycan və Ermənistan arasında dövlətlərarası münasibətlərin tənzimlənməsinə yönəlib və Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisindən çıxarılmasının zəruriliyi vurğulanıb. eyni zamanda Ceyhun Bayramov 4000-ə yaxın itkin düşmüş azərbaycanlının taleyinə aydınlıq gətirilməsinin vacibliyini diqqətə çatdırıb.
Gülnar
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























