Tofiq Yaqublu saxlanılıb - YENİLƏNDİ

Milli Şuranın və Müsavat Partiyasının funksioneri, hüquq müdafiəçilərinin keçmiş siyasi məhbus adlandırdığı Tofiq Yaqublu bu gün Daxili İşlər Nazirliyi tərəfindən saxlanılıb. Bu barədə DİN Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib.
"Razılaşdırılmayan aksiyaya çağırış etdiyinə görə Tofiq Yaqublu saxlanılıb. Hazırda müvafiq araşdırma aparılır. Araşdırma başa çatan kimi sərbəst buraxılacaqdır", - o deyib.

*********
Milli Şuranın və Müsavat Partiyasının funksioneri, hüquq müdafiəçilərinin keçmiş siyasi məhbus adlandırdığı Tofiq Yaqublunun bu gün, sentyabrın 30-da səhər saatların evinin qarşısında saxlanıldığı iddia edilir. Bu barədə onun qızı Nigar Həzi paylaşım edib.
"Tofiq Yaqublu həbs olundu. Evimizin hər tərəfində maşınlarda polislər post qurublarmış. Hara aparıldığı barədə heç bir məlumatımız yoxdu", - Nigar Həzi yazıb.
Hüquq müdafiəçisi Rüfət Səfərov bildirib ki, Azərbaycan Xalq Cəbhəsi Partiyasının bugünki aksiyası barədə məlumat paylaşılandan sonra fəalların saxlanılması başlayıb.
Daxili İşlər Nazirliyindən məsələyə rəy almaq mümkün olmayıb.
AXCP sentyabrın 30-da Bakıda, Milli Məclisin binası qarşısında aksiya keçirəcək. Bu barədə aksiyanın təşkilatçıları məlumat yayıb. Daxili İşlər Nazirliyi "Bakı şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmamış hər hansı aksiyanın və ya yürüşün keçirilməsinə cəhd edilərsə, bu qanunsuz hesab olunacaq və qarşısının alınması üçün zəruri olan bütün tədbirlər görüləcəkdir" deyib.
Aksiyasnın təşkilatçıları AXCP Rəyasət Heyətinin üzvləri Nurəddin Məmmədli, Vahid Məhərrəmli, İlham Hüseyn və Saqif Qurbanovdur.
"Aksiya siyasi partiyalar haqqında yeni mürtəce qanun layihəsinə etiraz, siyasi məhbuslara azadlıq, azad seçki, ölkədə demokratik dəyişikliklər, sərhədlərin açılması və Rusiyada yaşayan soydaşların təcili olaraq vətənə qayıdışının təşkil edilməsi tələbi ilə keçiriləcək", - Məhərrəmli deyib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin bölmə rəisi Zeyni Hüseynov bu gün, sentyabrın 29-da bildirib ki, "razılaşdırılmamış aksiyanın qarşısı alınacaq"
"Onlar aksiya keçirmək niyyətləri barədə Bakı şəhər İcra Hakimiyyətinə müraciət ediblər. Müraciətə baxılıb və aksiyanın keçirilməsinin məqsədəuyğun olmaması barədə təşkilatçılara rəsmi cavab verilib. Buna görə də, Bakı şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmamış hər hansı aksiyanın və ya yürüşün keçirilməsinə cəhd edilərsə, bu qanunsuz hesab olunacaq və qarşısının alınması üçün zəruri olan bütün tədbirlər görüləcəkdir. Yeri gəlmişkən, yalan vədlərə inanaraq qanunsuz aksiyada iştirak etmək istəyənləri isə belə hərəkətlərdən çəkinməyə çağırıram”, - o deyib.
Hüseynov "ictimai asayişin pozulmasına yönəlmiş bu cür cəhdlərin qarşısı alınarkən polislərlə qanunsuz aksiyanın iştirakçıları arasında baş verə biləcək bütün hadislərin məsuliyyəti həmin razılaşdırılmamış aksiyanın təşkilatçılarının üzərinə düşəcəkdir" deyə əlavə edib.
Azərbaycan Respublikasının Konstitusiyası, 49-cu maddəsinə görə, hər kəsin başqaları ilə birlikdə sərbəst toplaşmaq azadlığı vardır. Həmin maddədə bildirilib ki, hər kəsin başqaları ilə birlikdə müvafiq dövlət orqanlarını qabaqcadan xəbərdar etməklə, ictimai qaydanı və ya ictimai əxlaqı pozmamaq şərtilə, dinc, silahsız yığışmaq, yığıncaqlar, mitinqlər, nümayişlər, küçə yürüşləri keçirmək, piketlər düzəltmək hüququ vardır.
Ləman QasımovaAksiyasnın təşkilatçıları AXCP Rəyasət Heyətinin üzvləri Nurəddin Məmmədli, Vahid Məhərrəmli, İlham Hüseyn və Saqif Qurbanovdur.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib