Bakcell şəhid və qazi ailələrinə dəstəyini davam etdirir

"Bakcell”in şəhid və qazi ailələrindən olan qadınların təhsil və məşğulluq imkanlarının artırılmasına yönəlmiş Korporativ Sosial Məsuliyyət (KSM) layihəsi başa çatıb.
2021-2022-ci illəri əhatə edən layihədə 16 qadın iştirak edib. İlkin mərhələdə onlara motivasiya, məqsədlərinin müəyyən olunması, yumşaq bacarıqların inkişaf etdirilməsi, CV-nin tərtib olunması, şəbəkələşmə və s. mövzularında seminarlar və praktik məşğələlər keçilib.
Növbəti mərhələdə qadınlar 7 ay davam edən ingilis dili, rus dili, kompüter, kiçik biznesin qurulması və idarə olunması, mühasibatlıq kimi kurs və təlimlərə qatılıblar.
Layihə benefisarları öz istəklərinə uyğun olaraq təhsillərini davam etdirmək, peşə təhsilinə başlamaq və işlə təmin olunmaq kimi imkanlardan yararlanıblar.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























