AXCP üzvləri saxlanılmaqda davam edir - Əli Kərimli

Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədrinin müavini Seymur Həzi, Azərbaycan Xalq Cəbhəsi Partiyasının Rəyasət Heyəti üzvü Bəxtiyar İmanovu bu gün, sentyabrın 30-u səhər saatlarında polis saxlayıb. Bu barədə partiya sədri Əli Kərimli özünü "Facebook" səhifəsində yazıb.
"Bugünkü aksiyada iştirak edə bilməsin deyə Tofiq Yaqublunu evinin qarşısında polis saxlayıb. Hara aparıldığı bilinmir. AXCP sədrinin müavini Seymur Həzi, AXCP Rəyasət Heyəti üzvü Bəxtiyar İmanovu da polis saxlayıb. AXCP Xətai şöbəsinin sədri Faiq Nağıyev, partiya fəalları Məhəmməd İmanlı, Müşviq İmanquliyev, Tofiq Məmmədov, Rövşən Quliyev saxlanılıb. Aksiyanın təşkilatçılarından biri olan AXCP Rəyasət Heyətinin üzvü Vahid Məhərrəmlinin də evi artıq mühasirəyə alınıb və onun evdən çıxmasını gözləyirlər", Kərimli özünü paylaşımında deyib.
Partiya sədri "aksiya baş tutmasın deyə üzvlər saxlanılır" deyə bildirib.

"Aksiyanın təşkilatçısı olan digər AXCP funksionerlərinin də vəziyyəti bənzərdir. Rejimin taktikası aydındır. Çalışacaqlar ki, etirazçıların çoxu, xüsusilə də təşkilatçılar Milli Məclisin qarşısına gedib çıxa bilməsin. Ancaq başa düşmürlər ki, bu halda da etiraz aksiyası baş tutmuş olacaq. Milli Məclisdə mürtəce bir qanunun qəbul edilməsinə dinc etiraz edən insanları kütləvi şəkildə həbs etməklə rejim özünü bütün dünyanın gözündə müttəfiqi Rusiya və Belarusla eyni sıraya qoymuş olacaq. Hakimiyyəti özü üçün də, dövlətimiz üçün də zərərli, təhlükəli yoldan dönməyə, xalqa qarşı zorakılıqdan imtinaya çağırırıq. Bilin ki, dinc aksiyaya qarşı kütləvi polis müdaxiləsi olacaqsa, bu qanunsuz hərəkətiniz bumeranq effektilə özünüzü də vuracaq", - o deyib.
Hüquq müdafiəçisi Rüfət Səfərov bildirib ki, Azərbaycan Xalq Cəbhəsi Partiyasının bugünki aksiyası barədə məlumat paylaşılandan sonra fəalların saxlanılması başlayıb.
Daxili İşlər Nazirliyindən saxlanılmaların hamısı varədə rəy almaq mümkün olmayıb. Sadəcə Tofiq Yaqublunun saxlanılması xəbəri DİN təsdiq edib.
DİN Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev "razılaşdırılmayan aksiyaya çağırış etdiyinə görə Tofiq Yaqublu saxlanılıb, hazırda müvafiq araşdırma aparılır. Araşdırma başa çatan kimi sərbəst buraxılacaqdır" deyib.
AXCP sentyabrın 30-da Bakıda, Milli Məclisin binası qarşısında aksiya keçirəcək. Bu barədə aksiyanın təşkilatçıları məlumat yayıb. Daxili İşlər Nazirliyi "Bakı şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmamış hər hansı aksiyanın və ya yürüşün keçirilməsinə cəhd edilərsə, bu qanunsuz hesab olunacaq və qarşısının alınması üçün zəruri olan bütün tədbirlər görüləcəkdir" deyib.
Aksiyasnın təşkilatçıları AXCP Rəyasət Heyətinin üzvləri Nurəddin Məmmədli, Vahid Məhərrəmli, İlham Hüseyn və Saqif Qurbanovdur.
"Aksiya siyasi partiyalar haqqında yeni mürtəce qanun layihəsinə etiraz, siyasi məhbuslara azadlıq, azad seçki, ölkədə demokratik dəyişikliklər, sərhədlərin açılması və Rusiyada yaşayan soydaşların təcili olaraq vətənə qayıdışının təşkil edilməsi tələbi ilə keçiriləcək", - Məhərrəmli deyib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin bölmə rəisi Zeyni Hüseynov bu gün, sentyabrın 29-da bildirib ki, "razılaşdırılmamış aksiyanın qarşısı alınacaq"
"Onlar aksiya keçirmək niyyətləri barədə Bakı şəhər İcra Hakimiyyətinə müraciət ediblər. Müraciətə baxılıb və aksiyanın keçirilməsinin məqsədəuyğun olmaması barədə təşkilatçılara rəsmi cavab verilib. Buna görə də, Bakı şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmamış hər hansı aksiyanın və ya yürüşün keçirilməsinə cəhd edilərsə, bu qanunsuz hesab olunacaq və qarşısının alınması üçün zəruri olan bütün tədbirlər görüləcəkdir. Yeri gəlmişkən, yalan vədlərə inanaraq qanunsuz aksiyada iştirak etmək istəyənləri isə belə hərəkətlərdən çəkinməyə çağırıram”, - o deyib.
Hüseynov "ictimai asayişin pozulmasına yönəlmiş bu cür cəhdlərin qarşısı alınarkən polislərlə qanunsuz aksiyanın iştirakçıları arasında baş verə biləcək bütün hadislərin məsuliyyəti həmin razılaşdırılmamış aksiyanın təşkilatçılarının üzərinə düşəcəkdir" deyə əlavə edib.
Azərbaycan Respublikasının Konstitusiyası, 49-cu maddəsinə görə, hər kəsin başqaları ilə birlikdə sərbəst toplaşmaq azadlığı vardır. Həmin maddədə bildirilib ki, hər kəsin başqaları ilə birlikdə müvafiq dövlət orqanlarını qabaqcadan xəbərdar etməklə, ictimai qaydanı və ya ictimai əxlaqı pozmamaq şərtilə, dinc, silahsız yığışmaq, yığıncaqlar, mitinqlər, nümayişlər, küçə yürüşləri keçirmək, piketlər düzəltmək hüququ vardır.

Ləman Qasımova
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib