• $
  • €
  • ₽
  • ₺
  • £

MEDİA jurnalistika təhsili alan tələbələr üçün seminarlara başlayıb

MEDİA jurnalistika təhsili alan tələbələr üçün seminarlara başlayıb
01.10.2022 15:40
Medianın İnkişafı Agentliyinin(MEDİA) təşkilatçılığı ilə gənclərin media sahəsində fəal iştirakına şərait yaratmaq, yaradıcı-innovativ potensialını stimullaşdırmaq, xarici təcrübəyə əsaslanan nəzəri biliklərinin artırılması və yerli mediada tətbiqini reallaşdırmaq, bu istiqamətdə təcrübə mübadiləsini həyata keçirmək üçün xarici mütəxəssislərin cəlb edilməsiylə silsilə seminarların keçirilməsinə başlanılıb.

MEDİA-dan bildirilib ki, seminarların keçirilməsində əsas məqsəd xarici mütəxəssisləri cəlb etməklə Azərbaycan universitetlərində jurnalistika ixtisası üzrə təhsil alan tələbələrin beynəlxalq media təcrübəsinə yiyələnmələrinə dəstək olmaqdır.

Silsilə seminarlar çərçivəsində ilk olaraq Medianın İnkişafı Agentliyi və ADA Universiteti arasında bu il imzalanan əməkdaşlıq memorandumunun tərkib hissəsi kimi media sahəsində mütəxəssislərin hazırlanması məqsədilə Universitetin Kommunikasiya və rəqəmsal media ixtisasının tədrisində xarici mütəxəssislərin cəlb olunmasına başlanılıb. Agentliyin dəstəyi ilə cari tədris ilində Universitetdə kommunikasiya, marketinq və ictimai əlaqələr üzrə müvafiq fənləri Udin və Milan universitetlərinin məzunu, kommunikasiya və marketinq, peşəkar brendin formalaşması üzrə strateji planlama istiqamətində ixtisaslaşan, Azərbaycan və Mərkəzi Asiya üzrə biznes brendləri ilə yaxından işləyən Tatyana Ravalli tədris edəcək.

Qeyd edək ki, Medianın İnkişafı Agentliyi müxtəlif universitetlərdə jurnalistika ixtisası üzrə təhsil alan tələbələrin xarici mütəxəssislərin cəlb olunduğu silsilə seminarlarda mərhələli şəkildə iştirakı istiqamətində layihənin icrasını davam etdirəcək.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol