Erməni əsirləri ilə bağlı görüntülər niyə yayımlanıb? - RƏYLƏR

Azərbaycan hərbi qulluqçuları tərəfindən əsir götürülmüş erməni silahlı birləşmələrinin üzvlərinə qarşı nizamnamədən kənar hərəkətlərə yol verilməklə, əsirlərin atəşə tutulduğu iddia olunur. Bunu təsdiq edən görüntülər sosial şəbəkələrdə yayılıb.
Bu hadisə iə bağlı Azərbaycan siyasətçiləri və ekspertlərin öz sosial şəbəkə hesablarında paylaşdıqları fikiləri təqdim edirik:
Keçmiş Xarici İşlər naziri Tofiq Zülfüqarov öz Facebook səhifəsində bildirib ki, sosial şəbəkələrdə tirajlanan görüntülər məğlubiyyətdən sonra ruh düşkünlüyü yaşayan erməni əsgərlərin döyüş ruhunu artırımaq məqsədi daşıdığını bildirib.
"Hərbi təbliğat və müharibə dövrünün təbliğatı özünəməxsus xüsusiyyətlərə malikdir. Burada əsas məqsəd düşməni qeyri-humanist göstərmək, yəni təbliğat vasitəsilə onu normal insana xas bütün müsbət keyfiyyətlərdən məhrum etməkdir. Bunun da nəticəsində qarşı tərəf öz qoşunlarının döyüş ruhunun yüksəldilməsinə nail olur. Belə ki, hərbi qulluqçular hərbi əməliyyatlara daha çox həvəsənirlər. Bu, bütün ordularda istifadə olunan qaydadır. Ermənistan Silahlı Qüvvələrinin hərbçilərinin motivasiya ilə bağlı problemi düşmənin əsas problemlərindən biri idi və Ermənistan hazırda da bu problemlə qarşı-qarşıyadır. Əsir düşməyə hazır olmaq, öz mövqelərini əmr olmadan və müqavimət göstərmədən tərk etmək, fərarilik Ermənistan Müdafiə Nazirliyinin gündəmindəki ən aktual məsələlərdir. Əminəm ki, bu mövzunun beynəlxalq arenada istifadə olunması cəhdləri ilə yanaşı, sosial şəbəkələrdə tirajlanan görüntülər məğlubiyyətdən sonra ruh düşkünlüyü yaşayan erməni əsgərlərin döyüş bacarığının artırılması məqsədi daşıyır.”, - Zülfüqarov bildirib.
Onun fikrincə, bu videonun ortaya çıxması Avropa İttifaqı ölkələrinə qaz nəqli üçün qaz interkonnektorunun açılışı ilə təsadüfən eyni vaxta təsadüf etməyib.
"İrəvanın əsas məqsədi Qərbin Azərbaycana qarşı sanksiya tətbiq etməsinə nail olmaqdır. Pelosinin səfəri, ABŞ Konqresində erməni lobbisinin fəallaşması, Aİ-də təbliğatçı elementlər və s. Kremlin Azərbaycan qazının Avropaya nəqlinə əngəl olmaqla bağlı sifarişinin yerinə yetirilməsidir. Sözügedən video Aİ-nin enerji təchizatı üzrə alternativ təchizatçılar və nəqliyyat qovşaqları kimi Azərbaycan və Türkiyəyə qarşı kütləvi kampaniyanın həyata keçirilməsi səbəbi kimi yayılıb. Bu səbəbdən də, bu mövzu şərh edilərkən yuxarıda qeyd edilənlərin nəzərə alınmasını xahiş edirəm”, - Zülfüqarov söyləyib.
Məsələ ilə bağlı Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin deputatı Aqil Abbas bildirir ki, məlum video xüsusilə də sosial şəbəkələrdə geniş əks-səda doğurub.
"Əvvəla, müharibə görməyən, müharibəni qəzetlərdə və ya televiziyalarda izləyən döyüşdə əsgərin keçirdiyi hissi, düşdüyü stress vəziyyəti heç cür anlaya bilməz. Bəlkə erməniləri güllələyən əsgərlərin Xocalıda və ya Ağdabanda, Qaradağlıda atasını, anasını, bacısını, qardaşını güllələyən, işgəncə verən erməni vəhşiliyindən, faşizmindən xəbərsizsiniz? Mən ana tanıyırdım, əsirlikdə olanda gözünün qabağında oğlunun başını kəsmişdilər. Ana da havalanmışdı. O da düzdür ki, erməni vəhşiliyini dünya görmək istəmir, amma bizim əsgərlərin kiçik bir səhvi dərhal dünyada əks-səda yaradır. Yəni ermənilərin aftafa götürənləri çoxdu. Ən pisi odur ki, bizim içimizdə də belələri var. Müharibə müharibədi, o heç bir qanuna tabe deyil", - deputat bldirib.
Aqil Abbas videonun köhnə olduğunu da istisna etməyib.
Hərbi ekspert Elman Kərimovun fikrincə, bu video danışıqlar prosesin pozmaq, ermənistana vaxt qazandırmağa çalışmaq, Azərbaycanın nüfuzunu ləkələmək, qalib əsgəri gözdən salmaq niyyəti güdür.
"Videonun şübhəli olması mənim kimi bir çox hərbi ekspertlərində diqqətini çəkib… Şübhəli məqamları göstərirəm…
Atəş açılan anda kameranın məhz atəş istiqamətinə tuşlanması və geniş şəkildə göstərilməsi, videoda Azərbaycan əsgərlərinin üzünün göstərilməməsi ya da qismən uzaqdan bulanıq göstərilməsi, videonun qısa "tam lazım olan anı” əhatə etməsi, videoda danışıqların az və aydın olmaması, şərti erməni əsirlərin üzərinə atəş açan silahın başında xüsusi taxıcı alətin olması übhə yaradır", ekspert bildirib.
Məsələ ilə bağlı Hərbi Prokurorluq bildirib ki, bu kateqoriyadan olan videolar üzrə onların həqiqi olub-olmaması, habelə videolardakı görüntülərin çəkildiyi zaman və məkan, onlarda əks olunan hərbi qulluqçuların şəxsiyyəti, eləcə də obyektiv həqiqətin müəyyən edilməsi üçünaraşdırmaaparılır. Araşdırmanın nəticəsində qanunla nəzərdə tutulmuş tədbirlər görüləcək.
Ermənistanın news.am saytı yazır ki, oktyabrın 2-dən bəri sosial şəbəkələrdə yayımlanan erməni hərbi əsirlərin öldürülməsini əks etdirən video Beynəlxalq və Müqayisəli Hüquq Mərkəzinin sədri Siranuş Saakyan rəfindən yayımlanıb.
Onun sözlərinə görə, iki hərbçinin şəxsiyyəti müəyyən edilib.
"Video tədqiq edilib, yoxlanılıb, orijinaldır. Hadisə sentyabrın 13-də Azərbaycan əsgərlərinin iştirakı ilə İşxanasarda (Qızılcıq dağının bir hissəsi , - red) baş verib. Bu, yeni yaradılmış komando birliyidir, Türkiyədə təlim keçiblər və təbii ki, NATO-dan müəyyən dəstək alıblar. Yenidən hazırlanmış bölmələr ermənilərə qarşı hərbi cinayətləri proqramlaşdırır və həyata keçirir”, - Saakyan qeyd edib.
Aytac Zeynalova
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























