Həftənin ilk iş günü Bakıda 20 dərəcə isti olacaq

Sabah Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə yağış yağacağı, səhər tədricən kəsiləcəyi gözlənilir. Hava gündüz dəyişkən buludlu, əsasən yağmursuz olacaq.
ANS PRESS-in Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinə istinadən verdiyi məlumata görə, Abşeron yarımadasında temperaturun gecə 6-9 dərəcə, gündüz 15-20 dərəcə isti olacaq. Bakıda gecə 7-9 dərəcə, gündüz 17-19 dərəcə isti olacağı gözlənilir.
Atmosfer təzyiqi 765 mm civə sütunundan 761 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 80-90 faiz , gündüz 60-70 faiz təşkil edəcək.
Azərbaycan rayonlarında gecə və səhər bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Hava gündüz əsasən yağmursuz olacaq. Temperaturun gecə 5-10 dərəcə isti, gündüz 17-22 dərəcə isti olacağı gözlənilir.
ANS PRESS
























