Bu məktəbdə şagirdlərə dərsi həyətdə keçirlər - Azərbaycanda/VIDEO
Azərbaycanın Bərdə rayonunun Mehdili kənd məktəbinin binasının yararsız olması səbəbindən şagirdlərə açıq havada dərs keçirilir. Bununla bağlı Anew.az saytının votsap (whatsapp.com, - red) hesabına video daxil olub.
Qarabağ Regional Təhsil İdarəsinin Bərdə rayon üzrə təhsil sektorunun müdiri Qurban Məmmədovun sözlərinə görə, bu video qərəz məqsədilə çəkilib.
"Uşaqlar çöldə dərs keçmir. Məktəb binasının bir hissəsi tam yararsız halda olduğu üçün FHN tərəfindən binaya girişə qadağa qoyulub. Digər korpusun bir neçə sinif otağı tədrisə yararlıdır. Bununla yanaşı məktəbin həyətində təhsil üçün xüsusi otaqlar quraşdırılıb. Tədris o otaqlarda davam edir. Yayılan video əsassızdır”, - Məmmədov deyib.
Bununla yanaşı sektor müdiri bildirib ki, dəmirdən quraşdırılmış xüsusi təhsil otaqları qış fəsli üçün əlverişsizdir. Odur ki,havalar soyuyandan sonra tədris yeni məktəb binası tikilənə qədər Xəsili kənd məktəbində davam etdiriləcək. Bu müddət ərzində şagirdlərə xüsusi nəqliyyat vasitələri də ayrılacaq.
"Elm və Təhsil Nazirliyinin cari ilin planına əsasən, 2022-ci ilin oktyabr-noyabrında Bərdə rayon Mehdili kəndində yeni məktəb binasının tikintisinə başlanılması nəzərdə tutulub. Ən geci növbəti tədris ilindən yeni məktəbdə tədrisin başlanması planlaşdırılır", - Məmmədov əlavə edib.
Ləman Hafizi
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























