"Google Translate" xidməti Çində dayandırıldı

"Google" şirkəti Çindəki istifadəçiləri üçün "Google Translate" xidmətini dayandırıb. Bu barədə "Bloomberg" məlumat yayıb.
Çində tərcüməçi proqramın veb versiyasına daxil olmaq istəyəndə standart axtarış sətirinin fotosu görünür. İstifadəçilər həmçinin mövcud olmayan Honq-Konq "Google Translate" saytına yönləndirilir.
"Biz aşağı istifadə nisbətlərinə görə Çində "Google Translate"i dayandırdıq", - şirkətdən bildirilib. Qərarla bağlı başqa təfərrüatlar verilmir.
Aytac
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























