Mədəniyyət Nazirliyi Səfərbərlik xidmətinə XƏBƏRDARLIQ etdi

Mədəniyyət Nazirliyi Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə icazəsiz bərpa işlərinə başladığı üçün xəbərdarlıq edib. Bu barədə anews.az-a
Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin mətbuat katibi Nuridə Allahyarova deyib.
"Səbail rayonu, Neftçilər prospekti 51 ünvanında yerləşən abidəyə 13.09.2022-ci il tarixində Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Bakı Regional İdarəsinin əməkdaşları tərəfindən keçirilən baxış zamanı həmin binanın fasadında ayağaltılar qurulmaqla və dam hissəsinə qeyri-qanuni müdaxilələr edilməklə təmir-bərpa işlərinə hazırlıq görüldüyü aşkar olunub. Həmin bina da Mədəniyyət Nazirliyinin balasında olduğu üçün bərpa işlərinin başlanması üçün Mədəniyyət Nazirliyindən icazə alınmalıdır. Biz bərpa işlərinə rəy verdikdən sonra onlar təmir-bərpa işlərini həyata keçirə bilər. Lakin bununla bağlı nazirliyə heç bir müraciət daxil olmayıb. Əgər bərpa-təmir işlərini dayandırmasalar aiddiyatı üzrə hüquq mühafizə orqanlarına müraciət olunacaq", - Nuridə Allahyarova bildirib.
Məsələ ilə bağlı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə əlaqə yaratmağa çalışsaq da telefonlarımıza cavab verilmədi.
Gülnar Nazimqızı
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























