• $
  • €
  • ₽
  • ₺
  • £

2 ay əvvəl 2 şirkət yaradıb 64 minlik tenderi uddu

2 ay əvvəl 2 şirkət yaradıb 64 minlik tenderi uddu
04.10.2022 13:14
Pirallahı rayon Mənzil-Kommunal Təsərrüfatı tərəfindən keçirilən 2 tender müsabiqəsinin (Kotirovka sorğuları) qalibləri "Regıon-LD.2022” MMC (VÖEN-1805932851) və "Bugat-N.P” MMC (VÖEN – 1805932981) olub.

 "Regıon-LD.2022” MMC Pirallahı rayon Mənzil-Kommunal Təsərrüfatına 39 min 451 manat dəyərində nəqliyyat vasitələri üçün ehtiyat hissələri, "Bugat-N.P” MMC isə 24 min 871 manat 40 qəpik dəyərində sanitariya-gigiyena malları satacaq.

Hər 2 tender müsabiqəsi 16.09.2022-ci il tarixində elan olunub. Qalib gələn hər 2 şirkət cəmi 2 ay əvvəl eyni gündə  – 22.07.2022-ci il tarixində dövlət qeydiyyatına alınıblar.

Hər 2 şirkət eyni ünvanda (Sabunçu rayonu, Bakıxanov ŞTQ, Muxtar Fətəliyev pr., ev 35, m. 17), eyni nizamnamə kapitalı ilə (20 manat) dövlət qeydiyyatına alınıblar. Hər 2 MMC-nin qanuni təmsilçisi də eyni şəxs – Piriyev Nurbala Ali oğlu olub.

"Dövlət satınalmaları haqqında" Qanunun 6-cı maddəsində malgöndərənlərin (podratçıların) ixtisasına dair tələblər yer alıb. Həmin maddənin 6.2.1-ci bəndində açıq şəkildə yazılır ki, satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlığının olması lazımdır.

Cəmi 2 ay əvvəl yaranan, nəinki rəsmi veb-səhifəyə, hətta sosial şəbəkə hesabına sahib olmayan bu şirkətlərin hansı peşəkarlığa və təcrübəyə sahib olacağı aydın deyil.(yeniavaz)

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol