• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda ekoloji vergitutma tətbiq edilə bilər

Azərbaycanda ekoloji vergitutma tətbiq edilə bilər
04.10.2022 17:14
Azərbaycanda ətraf mühiti üçün zərərli olan fəaliyyətlərin qarşısını almaq və yaxud məhdudlaşdırmaq üçün ekoloji vergitutma aspekti araşdırılacaq. Bunu "Report”a müsahibəsində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi siyasəti Baş İdarəsinin rəisi Nicat İmanov deyib.

Onun sözlərinə görə, bu məsələlər Dünya Bankı və Azərbaycan nümayəndələrinin birgə işçi qrupunda müzakirə ediləcək.

"Vergi yükü və vergi sistemlərinin səmərəliliyi alt indikatoru üzrə biznes üçün vergi dərəcələrinin optimallaşdırılması və vergi qaydalarına əməl etmək üçün tələb olunan müddətin sadələşdirilməsi prosesləri nəzərdə tutulur.

"Vergitutma” indikatoru Dünya Bankının bundan əvvəlki "Doing Business” hesabatının mexanizmlərindən fərqli olaraq, daha geniş sahəni əhatə edəcək, vergi tənzimləmələrinin mürəkkəbliyini, vergi sistemlərinin səmərəliliyini, vergi yükünü, tələblərin yerinə yetirilməsi üzrə xərclərin optimallıq səviyyəsini qiymətləndirəcək. Eyni zamanda, ətraf mühit üçün zərərli olan fəaliyyətlərin qarşısını almaq və yaxud məhdudlaşdırmaq üçün ekoloji vergitutma aspekti də araşdırılacaq", - o, qeyd edib.

"İqlim dəyişikliyinə qarşı mübarizə və "yaşıl” texnologiyalardan istifadənin genişləndirilməsi məqsədilə ekoloji və "yaşıl” vergilərin tətbiq dairəsinin müəyyən edilməsi üzrə qabaqcıl beynəlxalq təcrübə öyrəniləcək. Bu istiqamətdə hibrid avtomobillərin idxalı və satışı üzrə vergi təşviqlərinin davam etdirilməsi, onların əhatə dairəsinin genişləndirilməsi, əhali qrupuna aid aktiv istehlakçıların bərpa olunan enerji mənbələri hesabına istehsal etdikləri elektrik enerjisinin elektrik təchizatı şəbəkəsinə ötürülməsindən əldə olunan gəlirə münasibətdə güzəştlərin müəyyən edilməsi və s. kimi məsələlər iş planına daxildir.

Bütövlükdə, biz Yol Xəritəsi üzrə qarşıdakı 2 il üçün 54 tədbirin həyata keçirilməsini müəyyənləşdirmişik. Lakin bu son deyil, çünki ictimai qurumlarla, sahibkarların ictimai təşkilatları, assosiasiyalar və konsaltinq şirkətləri ilə birgə bu sənədin təkmilləşdirilməsi məqsədilə biznes mühitinin cəlbediciliyinin artırılmasına töhfə verə biləcək bütün təkliflərin ətraflı müzakirəsi aparılacaq”, - İmanov vurğulayıb.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol