“Azercell” “Tələbə Təqaüdü 2023” proqramını elan edir
"Azercell Telekom” MMC korporativ sosial məsuliyyət siyasəti çərçivəsində yüksək potensiala, bilik və bacarıqlara malik olan Azərbaycan Respublikasının müxtəlif ali təhsil müəssisələrində təhsil alan tələbələri həvəsləndirmək, onların peşəkar inkişafına dəstək olmaq məqsədilə "Azercell Tələbə Təqaüdü 2023” proqramına start verir.
Seçim komissiyası tərəfindən təşkil edilmiş mərhələlərdə yüksək nəticə göstərmiş son iki kurs (bakalavr) tələbələri ali təhsillərinin sonunadək təqaüd almaq şansını qazanacaqlar. Bununla yanaşı, telekommunikasiya sahəsi haqqında biliklərini artırmaq, şirkətin korporativ tədbirlərində və sosial layihələrində, müxtəlif təlimlərdə iştirak etmək və şirkətdə təcrübə keçmək imkanı əldə edəcəklər.
"Azercell Tələbə Təqaüdü 2023” proqramına bütün müraciətlər yalnız elektron formada qəbul olunur. Bunun üçün şirkətin rəsmi veb səhifəsində (www.azercell.jobs) uyğun istiqamət üzrə təcrübə proqramını seçib, CV-ni, tələbə biletinin və qiymət kitabçasının (transkript) skan versiyasını əlavə edərək qeydiyyatdan keçmək lazımdır. Ərizələrin son qəbul tarixi 20 oktyabr 2022-ci il tarixidir. Əlavə məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























