• $
  • €
  • ₽
  • ₺
  • £

Ermənilər Azərbaycan əsirlərini zorla işlədib, sonra edam ediblər - AÇIQLAMA/FOTO

Ermənilər Azərbaycan əsirlərini zorla işlədib, sonra edam ediblər - AÇIQLAMA/FOTO
05.10.2022 14:24
Azərbaycanın Xocavənd rayonunun Edilli kəndində I Qarabağ müharibəsi qurbanlarının kütləvi məzarları tapılıb. Bu barədə  Azərbaycan Səhiyyə Nazirliyinin Tibbi Müayinə və Patoloji Anatomiya Birliyinin Məhkəmə Ekspertizası şöbəsinin müdiri Nuranə Hüseynova məlumat verilib.
 

 
Sentyabrın 14-dən 28-dək aparılan axtarışlar zamanı bu kəndin yaxınlığında üç məzar yeri aşkar edilib.

İkisində altı nəfərin, birində isə ötən əsrin 1990-cı illərində ermənilər tərəfindən öldürülmüş 12 Azərbaycan əsgərinin kütləvi məzarlığı tapılıb.

"Həmin şəxslər hansı şəraitdə öldürülüb , məzar başında güllələnib, yoxsa başqa yerdə öldürülüb və sonra bura gətirilib bilinmir. Bütün bunlar aparılacaq  müvafiq ekspertiza nəticəsində bəlli olacaq" -  Hüseynova deyib.
 

 
 
Azərbaycan Səhiyyə Nazirliyinin Tibbi Müayinə və Patoloji Anatomiya Birliyinin direktoru  Ədalət Həsənovun sözlərin görə, məzarları  2022-ci ilin fevralında aşkarlanan şəxslərlə bağlı məhkəmə tibbi ekspertizası artıq başa çatıb və bir neçə aydan sonra onlar barədə ailə üzlərinə məlumat veriləcək. 
 
 

 
"Bu çətin prosesdir. Eksperizadan sonra onların DNA-ı ailə bazada olan itkin düşənlərin DNA-i ilə tutuşdurulmalı və şəxsiyyətləri müəyyən edilməlidir. Birinci Qarabağ müharibəsindən sonra 200-dən çox naməlum insan  meyidi aşkarlanıb. Bunların hər birinin eksqumasiyası aparılıb və DNA nümunələri götürülüb" - Həsənov deyib. 
 
 Dəfn yerindən tapılan paltar, ayaqqabı, əsgər kəmərlərinin döş nişanları və digər ordu ləvazimatlarının elementləri ölənlərin əsgər olduğunu göstərir.

Həsənov həmçinin xatırladıb ki, hələ 2022-ci ilin fevralında Edillidə mülki vətəndaş olduğu ehtimal edilən yeddi nəfərin skeleti tapılıb.

Azərbaycanın Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla iş üzrə Dövlət Komissiyasının əməkdaşı Namiq Əfəndiyevin sözlərinə görə,  Edillidə dəfnlərin axtarışı 1990-cı illərdə sağ qalan əsir və girovların şahid ifadələri əsasında başlayıb.
 



"Şahidlərin ifadələri və digər məlumatlar əsasında müəyyən edilib ki, girov və hərbi əsirlər Edilliyə ətraf rayonlardan gətirilib. Burada paylama məntəqəsi olub, oradan məhbuslar daha sonra başqa yerlərə göndərilib", - Namiq Əfəndiyev deyib.
 
Komissiya rəsmisi həmçinin bildirib ki, əsirlərin bəziləri Edilliyə gətirilərək məcburi əməyə cəlb olunub. Xüsusilə, girovlar və əsirlər dağıdılmış azərbaycanlı yaşayış məntəqələrindən daşlarla kəndin yolunu asfaltlamağa məcbur ediliblər.
 

 
Beynəlxalq Qızıl Xaç Komitəsinin ictimaiyyətlə əlaqələr bölümünün rəhbəri İlahə  Hüseynovanın sözlərinə görə, Qarabağ münaqişəsi nəticəsində ümumilikdə 4500 nəfər itkin düşüb, onlardan 3800 nəfəri Azərbaycan vətəndaşıdır. 
 

 
"Biz Azərbaycan hökumətinə məzarlıqların  tapılması və onların şəxsiyyətinin identifikasiyası üçün hər cür köməklik edirik. İtkin düşənlər barədə mlumatlar onların qohumlarının müraciəti əsasında toplanır və sayı müəyyən edilir. Hər itkin düənin 3 qohumundan DNA nümunəsi götürülüb ki, bunlar daha sonra tapılan insan skeletlərinin DNA-ı ilə tutuşdurulacaq və insan cəsədinin qalıqları ailələrə təhvil veriləcək",  - Hüseynova bildirib.  

2020-ci ilin 44 günlük müharibəsindən sonra artıq Şuşa, Kəlbəcər rayonlarında, Fərrux dağında və digərlərində azərbaycanlıların bir neçə kütləvi məzarlığı aşkar edilib.
 
Aytac Zeynalova
Fotolar müəllifindir
www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol