• $
  • €
  • ₽
  • ₺
  • £

Dünya bazarlarında arpanın qiyməti açıqlanıb

Dünya bazarlarında arpanın qiyməti açıqlanıb
05.10.2022 13:17
Arpanın 1 tonunun qiyməti Avropa bazarında 2022-ci ilin avqustunda əvvəlki ayla müqayisədə 2.27% azalaraq  $301.6 ABŞ dolları, Qara dəniz bazarında isə 8.34% azalaraq $292.1 səviyyəsində qərarlaşıb.  Bu məlumat "Aqrar Tədqiqatlar Mərkəzinin Kənd Təsərrüfatı və Ərzaq Məhsulları üzrə Dünya Bazarı Konyukturasına aid qısa icmal" sənədində öz əksini tapıb.
 
"Arpanın dünya bazar qiymətində 2021-ci ildə artım qeydə alınıb. 2022-ci ilin ikinci rübündə arpanın qiyməti ötən rüblə müqayisədə həm Avropa bazarında, həm də Qara dəniz limanında artıb. 2022-ci ilin martından müşahidə edilən kəskin artım növbəti aylarda nisbətən sabitləşib", sənəddə qeyd edilib.
 
Sənədə görə, düyünün dünya bazarı qiyməti 2020-ci ildə əvvəlki ilə nisbətən artsa da 2021-ci ildə yenidən azalıb. 2022-ci ilin ikinci rübündə düyünün 1 tonunun dünya bazarı qiyməti əvvəlki rübə nisbətən 5.20% artaraq $426.5  olub. Aylıq müşahidə dövründə isə 2021-ci ilin dekabr;ndan başlayan artım 2022-ci ilin iyununda azalma ilə əvəzlənib. 2022-ci ilin avqustunda düyünün 1 tonunun dünya bazarı qiyməti əvvəlki ay ilə müqayisədə 1.70% artaraq $ 412.6  səviyyəsində  olub.
 
Ləman 

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol