• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda keçmiş deputatın oğlu həbs edildi

Azərbaycanda keçmiş deputatın oğlu həbs edildi
13.04.2014 11:21

Milli Məclisin eks deputatı Şadman Hüseynovun oğlu həbs edildi.

ANSPRESS xəbər verir ki, Ədliyyə Nazirliyinin Xətai Rayon Məhkəməsinin keçmiş İcra məmuru Hüseynov Şaiq Şadman oğlu 12 aprel 2014-cü ildə həbs edilib. 

Məhkəmədə onun barəsində həbs qətimkan tədbiri seçilib və Ş.Hüseyn Bakı İstintaq Təcridxanasına salınıb.

Bildirilir ki, Şaiq Hüseyn dələduzluq ittihamı ilə məsuliyyətə cəlb edilib. Bir müddət öncə Ş.Hüseynin hansı əməli törətməsi haqda mətbuatda məlumat dərc edilib. 

Sabunçu rayon, Bakıxanov qəsəbə sakini, 1977-ci il təvəllüdlü Səfərova Şölə Mirzəkişi qızı hüquq-mühafizə orqanlarına müraciət edərək 70 min manat pulunun dələduzluq yolu ilə mənimsənildiyini bildirib.

Qadın qeyd edib ki, qardaşı bir müddət əvvəl həbs edilib. Qardaşının həbsdən azad edilməsi və ya cəzasının yüngülləşdirilməsi məqsədi ilə Ədliyyə Nazirliyinin Məhkəmə Qərarlarının İcrası Baş İdarəsinin Xətai Rayon Şöbəsində keçmiş məhkəmə icraçısı işləyən, ədliyyə kapitanı Hüseyn Şaiq Şadman oğlu ilə tanış olub.

Ş.Hüseyn qadını ona kömək edəcəyinə inandırıb və ümumilikdə 70 min manat pul alıb. Lakin üzərindən 1 ilə yaxın vaxt keçməsinə baxmayaraq Ş.Səfərovanın qardaşının işi ilə bağlı hər hansı “irəliləyiş” olmayıb. Ş.Səfərova daha sonra pulu geri istəsə də, buna nail ola bilməyib.

Məsələ ilə bağlı Ədliyyə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, nazirliyin bütün şikayətləri qəbul edib qeydiyyata sala biləcək “qaynar xətt”i mövcuddur: “Ümumiyyətlə, hər hansı icraçının məhkəmə qərarına təsir etmək səlahiyyəti yoxdur. Əgər belə hal baş veribsə, istənilən şəxs nazirliyin “qaynar xətt”inə müraciət edə bilər. Həmin müraciətlər dərhal qeydiyyata alınır və müvafiq araşdırmalar başlanılır”.

Şaiq Hüseyn daha əvvəl iş adamı Vüqar Həsənovun 120 min dollarının mənimsəməkdə ittiham edilib və buna dair də ona qarşı iddia var. 

ANS PRESS

Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol