Ermənilərin Azərbaycan əsirlərinə kobud rəftarı barədə 30 video var

Erməni hərbçilərinin Azərbaycan əsirləri üzərində şiddət tətbiq etməsinə dair 30-a yaxın video material var, bu barədə baş prokurorluğun İstintaq İdarəsinin rəisi Nemət Əvəzov bildirib.
Baş Prokuror Kamran Əliyev də məsələyə münasibət bildirib.
"Mən Ermənistan baş prokuroru ilə görüşüb əməkdaşlıqla bağlı müzakirələr aparmışıq. Amma bizim hərbçilərə qarşı qəddar münasibət faktları ilə bağlı heç bir cinayət işi açılmayıb", - o deyib.
Kamran Əliyev həmçinin qeyd edib ki, bəzi ölkələrin səfirləri və yüksək vəzifəli şəxsləri ermənilərin Azərbaycana qarşı törətdiyi cinayətlərə qarşı biganə münasibət bəsləyir.
"Azərbaycan Respublikası Baş prokurorluğu tərəfindən döyüş əməliyyatları zamanı həlak olmuş Azərbaycan hərbi qulluqçularının meyitləri üzərində təhqiredici hərəkətlər, əsir düşmüş azərbaycanlı hərbçiləri ilə qeyri-insanı rəftarı əks etdirən video görüntülər, mülki Azərbaycan vətəndaşlarının öldürülməsi və onlara xəsarət yetirilməsi faktları ilə bağlı Ermənistan hüquq mühafizə orqanları tərəfindən tədbir görülməsi, üzərinə düşən beynəlxalq öhdəliklərin yerinə yetirilməsi, cinayət faktları üzrə açıq və ədalətli araşdırma aparılması üçün beynəlxalq təşkilatlara müraciət edilmişdir", - o əlavə edib.
Əliyev bildirib ki, istər Azərbaycan, istərsə də Ermənistan hərbçiləri tərəfindən işgəncə faktları ilə bağlı görüntülərin bəziləri saxta və ya doğrudur.
"Təbii ki, bu kimi hallar araşdırılmalı və dəqiq məlumat təqdim olunmalıdır. Ermənistan yayılan görüntülərlə bağlı rəsmi bəyanat belə dərc etmədi. Azərbaycan isə dərhal məlum məsələni araşdırdı. Son videolar barədə də məlumatlıyıq, araşdırma aparılır. Hətta bəzi videolar saxtadır. Artıq aidiyyəti qurumlarla birgə istintaq qrupu da yaradılıb və nəticələr olacaq. Azərbaycan hökumətinə vaxtından əvvəl panika şəklində təsir göstərmək yolverilməzdir. Ermənistan tərəfindən də açıqlama olmalıdır", - söyləyib.
N. Təbrizli
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























