• $
  • €
  • ₽
  • ₺
  • £

Yeni yaradılan dini telekanalın təsisçilərinin açıqlaması

Yeni yaradılan dini telekanalın təsisçilərinin açıqlaması
13.04.2014 10:00

Yeni yaradılmış A9 Azərbaycan internet kanalı Adnan Oktara aid deyil Internet telekanalının təsisçiləri ANS PRESS-ə açıqlamalarında, kanalın Türkiyədə yayımlanan A9 TV telekanalının filialı olmadığını bildirdilər. 

Təsisçilər Ramiq Vəliyev, Ramil Rüstəmov və Tural Vəliyevin açıqlamasında deyilir: Təsisçisi olduğumuz “A9 Azərbaycan” internet kanalı müstəqil fəaliyyət göstərir. Kanalımız Türkiyədə fəaliyyət göstərən “A9 TV”-nin filialı deyil. Yazıçı Adnan Oktar “Publika.az” saytına verdiyi açıqlamada: "Mənim Azərbaycanda televiziya açmağımla bağlı xəbərlər doğru deyil”, -deyərək yayılan xəbərlərin həqiqətə uyğun olmadığına aydınlıq gətirmişdir. (http://publika.az/p/14910)

Ancaq bəzi kütləvi informasiya vasitələri təsisçisi olduğumuz “A9 Azərbaycan” internet kanalının cənab Adnan Oktara məxsus olması haqqında həqiqətə uyğun olmayan əsassız xəbərlər yayırlar.

Lakin hazırlanan verilişlərdə digər yüzlərlə televiziya kanalları kimi, cənab Adnan Oktarın əsərləri əsasında hazırlanan elmi faktlara istinad edilir.

“A9 Azərbaycan” internet televiziyası olaraq əsas məqsədimiz kainatın və insanın yaradılış məqsədini, Quranda bildirilən elmi məlumatları, Qurana əsaslanan din anlayışını, son dövrlər baş vermiş axırzaman əlamətlərini doğru və ən gözəl şəkildə izləyicilərimizə çatdırmaqdır.

Kanalımız Azərbaycanın müstəqilliyinə, bütövlüyünə, dövlətçilik prinsiplərinə, hazırkı sürətli inkişafına zərbə vura biləcək milli-mənəvi və ümumbəşəri dəyərlərlə uzlaşmayan hər cür fəlsəfə, ideologiya və cərəyanlara qarşı maarifləndirici proqramlar hazırlayaraq bu istiqamətdə dövlətimizə yaxından dəstək olmağı əsas prinsiplərindən biri olaraq mənimsəmişdir.

ANS PRESS

Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol