• $
  • €
  • ₽
  • ₺
  • £

Məktəblərdə psixoloqların fəaliyyəti düzgün təşkil edilmir - Ekspert

Məktəblərdə psixoloqların fəaliyyəti düzgün təşkil edilmir - Ekspert
06.10.2022 16:17
Son zamanlar sosial şəbəkələrdə şagird özbaşınalığını əks etdirən  videolar gündəmi zəbt edib. Təhsil Eksperti Kamran Əsədov Anews.az-a açıqlamasında bildirib ki, baş verən neqativ halların səbəbi məktəblərdə psixoloqların fəaliyyətinin düzgün  təşkil olunmamasıdır.

"Əsas məsələ məktəblərdə psixoloqların say məsələsidir. Şagird sayı çox olan məktəblərdə də az olan məktəblərdə də 1 psixoloq ştatı var. Birmənalı şəkildə psixoloqların ştat faizi artırılmalıdır. Orta təhsil məktəblərində psixoloqların fəaliyyəti  üçün dərsdənkənar saat ayrılmalı, psixoloq kabinetləri  lazimi təchizatla təmin olunmalıdır.  Oğlan-qız  şagirdlərlə  işləyən psixoloqlar ayrı olması məsləhətdir.  Psixoloqlar uşaqlarla individual işləməlidir.”-  ekspert qeyd edib.

Təhsil eksperti Elçin Süleymanovun sözlərinə görə uşaqların psixoloji durumuna   sosial şəbəkələrin və şiddətə meyilli oyunların təsiri danılmazdır.

"Şagirdlərdə diqqət pozğunluğu və şiddətə meyillilik müşahidə olunur bunun əsas səbblərindən biri də sosial şəbəkələr və virtual oyunlardır. 15-20 il əvvəlin şagirdlərində bu hal müşahidə olunmurdu”- deyən Ekspert Süleymanov  məktəblərdə belə uşaqların siyahısının hazırlanıb nəzarətə götürülməli, nizam-intizama  görə şagirdlər mükafatlandırılmasını təklif edib.

"Bu problemin səbəblərindən biri də ailədaxili münaqişələrdir. Valideynlər arasndakı problem uşaqların aqressiv olmasına səbəb olur", - o bildirib.

Hal-hazırda  4432 orta ümumtəhsil məktəbinin 2900-də psixoloq fəaliyyət göstərir. Bakı Şəhər Təhsil İdarəsinin ( BŞTİ) tabeliyində olan 311 ümumi təhsil müəssisəsində rəsmi olaraq  291 məktəb psixoloqu çalışmaqdadır. 20 məktəbdə isə çalışan psixoloqların bir qismi müqavilə ilə işləyir. Həmçinin, psixoloqlar arasında analıq məzuniyyətinə çıxdığına görə hazırda çalışmayanlar da var. 
 
Təhsil naziri Emin Əmrullayev  2021-ci ilin əvvəlində məktəblərdə psixoloqlarla bağlı təhlillər aparıldığını bildirib. Nazirin sözlərinə görə, böyük məktəblərdə bir psixoloq azdır, bu səbəbdən ”Məktəblinin dostu”nda psixoloq xidmətindən istifadə edilir.
 
"Məktəbdaxili qısnama (bullinq) halları ilə mübarizə, ənənəvi və sosial mediada yeniyetmələrlə bağlı həssas məqamların düzgün əks etdirilməsi və digər faktorların həyatımıza yaxından təsir etdiyinin şahidi oluruq. Bu baxımdan bullinq və şagirdlərə qarşı zorakılıq hallarının müəyyən edilməsi, qeydiyyatın aparılması, hər bir halın araşdırılması və zəruri tədbirlərin görülməsi, profilaktika mexanizmləri də hazırlanıb və yaxın gələcəkdə məktəblərdə tətbiq ediləcək.

Antibullinqlə mübarizəyə dair 4000 müəllimə və 2000 nəfər məktəb rəhbərinə təlimlər keçirilib. Eyni zamanda, ötən il "Təhsil müəssisələrində psixoloji xidmətin təşkili” qaydalarının təsdiq edilməsi, 226 məktəbdə 400.000-ə qədər şagirdi əhatə edən "Məktəblinin Dostu” layihəsi, müəllimlər üçün məktəb psixologiyası sahəsində ixtisasartırma təlimlərinin keçirilməsi, uşaq psixologiyası üzrə 800 nəfər psixoloq üçün təlimlərin keçirilməsi və hazırda da UNICEF-in dəstəyi ilə davam edən 300 nəfər psixoloq üçün cəbhəyanı bölgələrdə təlimlərin təşkili Təhsil Nazirliyi tərəfindən həyata keçirilmiş tədbirlərə nümunədir", - deyə nazir əlavə edib. 

2021-2022-ci tədris ilində  "Məktəblinin Dostu" layihəsi 400 minə yaxın şagirdi əhatə edib.

Ləman Hafizi


www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol