• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda nurçulara qarşı əməliyyat keçirildi

Bakıda nurçulara qarşı əməliyyat keçirildi
13.04.2014 09:30

Aprelin 12-si saat 22.00 radələrində Bakının Yasamal rayonunda "İnşaatçılar" metrosu olan ərazidə, Şərifzadə-Talıblı, Xıdır Mustafayev küçələrinin kəsişməsində, Capsella mağazasının yaxınlığında 2 mərtəbəli yaşayış evində Yasamal rayon polis əməkdaşlarının apardığı əməliyyat nəticəsində 30 nəfərdən çox insan tutularaq polis maşınları ilə naməlum istiqamətlərə aparılıb.

ANS PRESS-in hadisə yerində olan əməkdaşının o ərazidə yaşayan sakinlərdən öyrəndiyi məlumata görə, çox böyük ehtimalla tutulanlar nurçular olub. Onların yaşadıqları mənzillərdən xeyli sayda dini kitablar da müsadirə edilib.

Gecə vaxtı olduğundan hadisənin təfərrüatları barədə Dini Qurumlarla iş üzrə Dövlət komitəsindən məlumat öyrənə bilmədik. 

Yasamal rayon polis idarəsinin növbətçisi isə baş verən hadisəni təsdiq etmədi. Ancaq əməkdaşımızın verdiyi məlumatların və hadisə yerindən qaranlıqda çəkdiyi şəkillərin doğruluğunu nəzərə alaraq materialı dərc etmək qərarına gəldik.

Hadisənin növbəti gedişatı haqda məlumat verəcəyik.

ANSPRESS

Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol