Bakıda şirniyyat evi yanıb

Bakıda şirniyyat evi yanıb. Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.
Paytaxtın Xətai rayonunda ümumi sahəsi 60 m² olan birmərtəbəli obyektin (şirniyyat evi kimi fəaliyyət göstərir) dam örtüyünün yanar konstruksiyaları 20 m² sahədə və ərazidə 3 ədəd ağac yanıb. Yüksək temperaturdan bitişik tikilinin xarici divarına quraşdırılan 1 ədəd kondisionerin mühərrik hissəsi əriyib. Obyektin qalan hissəsi və tikili yanğından mühafizə olunub.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























