Son sutkada Azərbaycanda koronavirusa yoluxanların sayı AÇIQLANDI

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına son sutkada 72 nəfər yoluxub, 151 nəfər müalicə olunaraq sağalıb, 2 nəfər vəfat edib. Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib.
İndiyədək ölkədə ümumilikdə 821 937 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 811 379 nəfər müalicə olunaraq sağalıb, hazırda 631 aktiv xəstə var. Bu günə qədər 9 927 nəfər vəfat edib.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 848, bu günə qədər isə ümumilikdə 7 266 943 test icra olunub.
Azərbaycanda son gündə koronavirus əleyhinə 856 vaksin vurulub.
Məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 341, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 162, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 301, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 52 nəfərdir.
Ökədə indiyədək vurulan vaksinlərin ümumi sayı 13 895 899 təşkil edir
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























