Sumqayıt-Xırdalan-Bakı qatarlarının sayı artırılır

Sumqayıt-Xırdalan-Bakı istiqamətində yaranmış sərnişin sıxlığının aradan qaldırılması məqsədilə oktyabrın 10-dan Bakı-Gəncə-Bakı marşrutu üzrə hərəkət edən 08:00 qatarı bir reysə istifadə edilməklə saat 07:25-də Sumqayıt-Xırdalan-Bakı istiqaməti üzrə təyin edilir. Bu barədə "Azərbaycan Dəmir Yolları" QSC məlumat yayıb.
Bu səbəbdən Bakı-Gəncə sürətli sərnişin qatarının hərəkət qrafikində dəyişiklik edilir və həmin tarixdən qatar Bakıdan saat 08:00 əvəzinə saat 08:45-də yola düşəcəkdir. Qatarın Gəncədən Bakıya gəlmə saatı mövcud qrafik üzrə qalacaq.
"Hazırda Abşeron dairəvi dəmir yolu xətti üzrə qatarlar mövcud qatar parkının sayına uyğun olaraq ən qısa intervalla işləyir. Hazırda sərnişin sıxlığını aradan qaldırmaq üçün qatarların hərəkət qrafikində hissəvi dəyişiklik edilir və sərnişinlər bu barədə əlavə məlumatlandırılacaq", - deyə məlumatda qeyd olunub.
Bu gün səhər saatlarında Sumqayıt-Xırdalan-Bakı istiqamətində hərəkətdə olan elektrik qatarının vaqonlarının birində havalandırma sistemində texniki nasazlıq baş verib və onun fəaliyyətində müəyyən fasilələr yaranıb. Mütəxəssislər baş vermiş texniki nasazlığı qısa müddətdə aradan qaldırıb. Ötən gün bu istiqamətdə olan sıxlığa rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Cavid Qurbanov da reaksiya verib. O report.un sualına cavab olaraq bildirib ki, Bakıdan Sumqayıta və əks istiqamətdə hərəkət edən sürət elektrik qatarlarının sayı deyildiyi kimi az deyil.
"Sadəcə, sərnişinlərin sayı çoxdur”, - o bildirib.
Qurbanovun bu çıxışı sosial şəbəkə seqmentində geniş müzakirələrə səbəb olub.
"Sadəcə, sərnişinlərin sayı çoxdur”, - o bildirib.
Qurbanovun bu çıxışı sosial şəbəkə seqmentində geniş müzakirələrə səbəb olub.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























