• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan Ombudsmanının səlahiyyətləri artırılacaq

Azərbaycan Ombudsmanının səlahiyyətləri artırılacaq
07.10.2022 18:50
Azərbaycanda "Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə müvəkkili (ombudsman) haqqında" Azərbaycan Respublikasının Konstitusiya Qanununa dəyişikliklər edilməsi və Obudsmanın səlahiyyətlərinin artırılması gözlənilir. Bu fikir Milli Məclisin İnsan hüquqları Komitəsinin cümə günü keçirilən iclasında səsləndirilib.  
 
Belə ki,  BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının dəstəklədiyi Milli İnsan Hüquqları Təsisatlarının Qlobal Alyansı (GANHRI)  2022-ci ilin uyulunda Azərbaycanda  İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının statusunun "A”-dan "B”-yə endirilməsi barədə qərar verib. 

Beynəlxalq təşkilat bu qərarı hansı meyara görə verib?


Hüquq müdafiəçisi Rüfət Səfərovun sözlərinə görə Azərbaycanda Ombudsman bir çox səlahiyyətləri icra etmək hüququna malik olsa da bunu edə bilmir. Buna görə də BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının dəstəklədiyi Milli İnsan Hüquqları Təsisatlarının Qlobal Alyansı (GANHRI) tərəfindən belə bir qərar qəbul olunub.


"Əgər A statusu bərpa olunsa bu o deməkdir ki, Azərbaycan Ombudsmanı Avropa Şurasında, Avropa İttifaqında, ATƏT-də hətta BMT-nin özündə iştirak hüququ qazanacaq. Ombudsmanın kifayət qədər səlahiyyətləri olsa da bunu icra edə bilmir. Bu ölkədə insanların hüquqlarında o qədər pozuntular, pis davranışlar,cəza evlərində dustaqlara göstərilən pis münasibət var.  Ombudsman buna münasibət bildirməyə xəsislik edir. Səbinə Əliyeva təyin olunduqdan sonra müəyyən dərəcədə fərqlər hiss etmək olur, amma Azərbaycan reallığı göz qabağındadır. Hesab edirəm ki, ombudsman öz üzərinə düşən səlahiyyətləri normal zəmin olmadığı üçün icra edə bilmir",  -  Səfərov bildirib.  

Hüquqşünas Vamiq Şükürovun sözlərinə görə Azərbaycanda Qərbi Avropa ölkələrindən fərqli olaraq ombudsmanın verdiyi qərarları ciddiyə almırlar.

"Əslində dünyanın bütün ölkələrində ombudsmanları icrası məcbur olan qərarlar vermək hüququna malik deyillər. Qanunda belə bir norma yoxdur. Əksər huquqi dövlətlərdə ombudsmanların verdiyi qərarlar məcburi olmasa da bütün dövlət orqanları o qurumun verdiyi qərara çox həsasla yanaşır və problemin həll olunması üçün ciddi addımlar atır. Azərbaycanda isə belə bir yanaşma yoxdur. Ombudsman ancaq xahiş edib məlumat ala bilir və y abir məsələnin həll olunması üçün hansısa quruma tövsiyə edə bilir. Ona görə də beynəlxalq təşkilatın belə bir qərar verməsini doğru hesab edirəm”, - hüquqşünas deyib.

Hüquq müdafiəçisi Novella Cəfəroğlu ombudsmanın səlahiyyətlərinin atırılmasının tərəfdarıdır.  

"Ombudsmanın səlahiyyətlərini artırmaq lazımdır. Hüquq müdafiəçiləri yığışaraq yekun bir sənəd hazırlamalı və parlamentə təqdim etməlidir. Fərdi şəkildə verdiyimiz açıqlamalar bəzən nəticə vermir. Ona görə də hesab edirəm ki, qanuna dəyişikliklər edilməlidir”, - Cəfəroğlu bildirib. 


Bu gün parlamentin İnsan Hüquqları Komitəsi və Hüquq, Siyasət Komitəsində "Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə müvəkkili (ombudsman) haqqında" Azərbaycan Respublikasının Konstitusiya Qanununa təklif edilməsi müzakirə edilib.

Deputatlar Zahid Oruc, Əli Hüseynli,Qüdrət Həsənquliyev, Razi Nurullayev, Tahir Kərimli,Azay Quliyev Naqif Həmzəyev çıxış edərək Ombudsmanın faəliyyəti ilə bağlı yeni təkliflər irəli sürüblər.

Onlar bildiriblər ki, Ombudsman formal olaraq hesabat vermək üçün çalışmamalıdır. Vətəndaş cəmmiyyəti ilə sıx əməkdaşlıq etməlidir. Regionalarda Ombudsmanın yerli qurumları açılmalıdır. Maddələrdə qeyd olunan bəzi sözlər əvəzedici sözlərlə əvəz olunmalıdır. 

"A” statusu Milli İnsan Hüquqları Təsisatlarına (o cümlədən Ombudsman təsisatlarına) Avropa Şurası, Avropa İttifaqı, ATƏT kimi beynəlxalq təşkilatlarda, BMT-nin İnsan Hüquqları Şurasında və müqavilə qurumlarında, eləcə də digər beynəlxalq və regional mexanizmlərdə xüsusi iştirakçı hüququ və söz hüququ verməklə yanaşı, bu statusdan irəli gələn digər üstünlükləri qazandırır. BMT, eləcə də digər beynəlxalq və regional təşkilatların Baş Assambleya orqanları "A” statuslu Milli İnsan Hüquqları Təsisatlarına onların işlərində iştirakına imkan yaradır ki, bu da öz növbəsində dövlət maraqları baxımından mühüm əhəmiyyət kəsb edir.

BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının dəstəklədiyi Milli İnsan Hüquqları Təsisatlarının Qlobal Alyansı (GANHRI) tərəfindən B statusu alan ölkələr aşağıdakılardır:

Bəhreyn ,Baqladeş, Fici, Maldiv adaları, Myanma, Oman, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Əlcəzair, Çad, Konqo, Livya, Senegal, Tunis, Nigerya,Panama,Paraqvay, Venesuela,Belçika,Bolgariya, Kipr, Macarıstan, Makedoniya, Monteneqro, Slovakiya, və İsveç. 
 
Azərbaycanda 2001-ci ildə Milli Məclisi tərəfindən "Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında” Konstitusiya Qanunu qəbul edilib, 5 mart 2002-ci ildə isə ölkə başçısı tərəfindən bu Qanunun tətbiq edilməsi haqqında Fərman imzalanıb və  təsisatın yaradılması və fəaliyyət göstərməsi üçün hüquqi baza yaradılıb. Bu Avropa Şurasının Azərbaycan qarşısında qoyduğu öhdəliklərdən biridir.
 
Azərbaycan Respublikasının ombudsmanı Səbinə Əliyevadır. Hazırda qurumun 3 regionda mərkəzi fəaliyyət göstərir. Yaxın zamanlarda Qarabağ mərkəzinin açılması nəzərdə tutulub. Regionlarda fəaliyyət göstərən Ombudsman mərkəzlərinin hər hansı hüquq pozuntusuna münasibət vermək səlahiyəti yoxdur. 
 
Gülnar Nazimqızı 



www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol