Sankt-Peterburqda Yeni il bayramı tədbirləri ləğv edilib

Rusiyanın Sankt-Peterburq şəhərində Yeni il və Miladla bağlı əvvəlcədən planlaşdırılmış bayram tədbirləri ləğv edilib.
Bu barədə Sankt-Peterburq administrasiyasının mətbuat xidməti bildirib.
Məlumata görə, istisna hal kimi uşaqlar üçün hazırlanan bayram tədbirləri keçiriləcək.
Saray meydanı və Nevski prospektində ənənəvi olaraq keçirilən Yeni il konserti ləğv ediləcək. Bundan başqa, Sankt-Peterburqda ənənəvi atəşfəşanlıq olmayacaq, Milad Ulduzu atəş festivalı, eləcə də Tavriya sarayında xeyriyyə qəbulu təşkil edilməyəcək.
Əvvəllər Yeni il tədbirlərinin təşkili və keçirilməsinə sərf edilən vəsaitlər indi könüllülər və Rusiya Silahlı Qüvvələrinə səfərbər olanlar üçün əlavə avadanlığa və onların alınmasına yönəldiləcək.(report)
www.anews.az

Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib