• $
  • €
  • ₽
  • ₺
  • £

Sosialist əməyi qəhrəmanının evindən böyük oğurluq

Sosialist əməyi qəhrəmanının evindən böyük oğurluq
12.04.2014 14:17
Sabirabad rayonunda oğurluq hadisəsi baş verib.Sabirabad rayon Polis Şöbəsindən APA-nın Mil-Muğan bürosuna verilən məlumata görə, Sabirabad rayon Qaratəpə kəndində yaşayan Hüseynova Fatma Rza qızının mənzilindən külli miqdarda pul, qızıl və müxtəlif ev əşyaları oğurlanıb. Daxili İşlər Nazirliyinin müvafiq qurumları və Sabirabad rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri birgə əməliyyat tədbirləri nəticəsində məlum olub ki, evdən oğurluq edən şəxs Əhmədabad kənd sakini, 1971-ci il təvəllüdlü, əvvəllər oğurluq və xuliqanlıq cinayəti ilə məhkum olunmuş Umudov Elşən Malik  oğludur.Elşən Umudov 2013-cü ilin  aprel ayından başlayaraq 2014-cü ilin mart ayının əvvəllərinə qədər olan dövr ərzində Sabirabad rayon Qaratəpə kəndində yaşayan Hüseynova Fatma Rza qızının mənzilinə qanunsuz daxil olaraq oradan təxminən 26 min manat, qızıl və müxtəlif ev əşyalarını oğurlayıb.Həmin şəxs saxlanılıb və barəsində Sabirabad rayon Məhkəməsinin qərarı ilə 2 aylıq həbs qətimkan tədbiri seçilib.Faktla bağlı Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə cinayət işi açılıb.Qeyd edək ki, evi qarət olunan Fatma Hüseynova SSRİ dövründə məşhur pambıqçı, Sosialist əməyi qəhrəmanı, Azərbaycan SSR Ali Sovetinin bir neçə çağırış deputatı olub. F.Hüseynova hazırda Sabirabad rayonu Qaratəpə kənd bələdiyyəsinin sədri, Prezident təqaüdçüsüdür.ANN.Az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol