30 mindən çox abituriyent sənəd verib

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından Trend-ə verilən məlumata görə, ərizəsini təsdiqlədən həmin abituriyentlərin 26764-ü Azərbaycan, 3892-i rus bölməsi üzrə sənədlərini təqdim edib.Abituriyentlərin 10576-ı I, 7492-i II, 8923-ü III, 3665-i IV ixtisas qrupu üzrə keçiriləcək müsabiqədə iştirak üçün ərizəsini təsdiqləyib.Qəbul imtahanlarında iştirak etmək istəyən abituriyentlər aprelin 1-dən 30-dək TQDK-nın internet saytına daxil olaraq şəxsiyyəti təsdiq edən sənəddən və TQDK-nın virtual ödəmə kartından istifadə etməklə "Abituriyentin elektron ərizəsi"ni doldurmalıdırlar. ANN.Az
























