Bağçada işləmək istəyən müəllimlər psixoloji testə cəlb olunacaq

Məktəbəqədər təhsil müəssisələrinə tərbiyəçi-müəllimlərin işə qəbulu zamanı namizədlər müsahibədən əvvəl psixoloji testə cəlb olunacaqlar. Bu barədə Elm və Təhsil Nazirliyindən məlumat verilib.
Qeyd olunub ki, işə qəbul üzrə müsabiqə üçün minimum keçid balı 35 müəyyənləşdirilib. Minimum tələbi ödəyən bütün namizədlər müsahibə mərhələsində iştirak edəcəklər.
Namizədlər müsahibədən əvvəl psixoloji testə cəlb olunacaqlar. Müsahibə zamanı namizədlərin nitq, kommunikasiya və təlimin təşkili bacarıqları, peşəyə yanaşma və dəyərləri müvafiq komissiya tərəfindən yoxlanılacaq.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























