Uşaqların depressiyaya düşmə səbəbləri açıqlanıb

Uşaqlar psixi vəziyyəti ətrafda baş verənlərə qarşı olduqca həssasdır. Bunu Səhiyyə Nazirliyi Psixi Sağlamlıq Mərkəzinin həkim-psixiatrı Aydan Cabbarova bildirib.
O bildirib ki, uşaqların təfəkkür və qavrama funksiyaları yetkin şəxsdəki inkişaf səviyyəsinə çatmadığı üçün onların sağlam mühitdə böyüməsi xeyli önəmlidir.
"Sağlam mühit dedikdə onların düzgün qidalanması, təhsil alması, ünsiyyəti və bu kimi bir sıra digər amillər nəzərdə tutulur. Psixi cəhətdən sağlam bir uşaqda məktəbdə bilikləri yaşın uyğun dərəcədə mənimsəmə, yaşıdları ilə adekvat ünsiyyət saxlamaq, ictimai yerlərdə davranış qaydalarına riayət etmək qabiliyyəti olmalıdır. Tez-tez ailə münaqişələrinin şahidi olan uşaqlarda daha çox psixi pozuntulara rast gəlinir. Belə uşaqlar depressiyadan, obsessiv-kompulsiv pozuntudan, təşviş pozuntusundan əziyyət çəkir, gələcəkdə isə onlarda şəxsiyyət pozuntusunun yaranması riski yüksək olur. Buna görə də valideynlər uşaqlarını stres və problemlərdən mümkün qədər kənarda saxlamalı, onların fikrini təhsilinə, özünü inkişafa yönləndirməlidir", - Cabbarova bildirib.
Aytac Zeynalova
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























