Atalar da analar kimi pul alacaqmı?

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən
Əmək Məcəlləsinə edilən təklifələrə əsasən hamiləliyə və doğuşa görə arvadı məzuniyyətdə olan kişilərə 14 gün müddətində ödənişli məzuniyyət veriləcək. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.
Ata olan kişilərə ödənişli məzuniyyətin verilməsi Əmək Məcəlləsinin
125-ci maddəsində nəzərdə tutulub. Hazırda qüvvədə olan qanunvericiliyə görə isə yeni doğulmuş uşağa qulluğa görə atalara 14 gün ödənişsiz məzuniyyət verilir. Təcrübə göstərir ki, bu məzuniyyət ödənişsiz olduğundan əksər atalar işi buraxıb evdə körpələrinin yanında ola bilmirlər.
Sosioloq Üzeyir Şəfiyevin fikrincə, atalıq məzuniyyətlərini ödənişli etməzdən qabaq kişilər arasında maarifləndirmə işi aparılmalıdır.
"Kişilər məzuniyyətə çıxanda doğrudanmı uşağa baxa biləcək və qadının gördüyü işləri görə biləcəklər? Qanunvericilikdə təkminləşdirmə işləri aparılmalıdır. Paralel şəkildə isə həm cəmiyyətdə, həm də hüquqi müstəvidə iş aparılmalıdır. Daha
sonra ödənişli şəkildə atalıq məzuniyyəti tələb edəcək məqama çata biərik”, - Şəfiyev bildirib.
Hüquqşünas Leyla Bədəlovanın fikrincə isə, analıq məzuniyyətinin 126 günü ödənişli olması, atalıq məzuniyyətinin isə ödənişsiz qalması düz deyil.
"Ananın da körpənin də qayğıya ehtiyacı var. Bu baxımdan atanın ödənişli məzuniyyətə çıxması məqsədəuyğundur. Çox vaxt atalar ödənişsiz məzuniyyət götürməkdən imtina edirlər. Buna da səbəb onların uşaq doğulduqdan sonra artan maddi ehtiyacları ödəməyə çalışmasıdır. Hüquqi cəhətdən atalıq məzuniyyətinin ödənişli
şəkildə verilməsi analıq məzuniyyətindəki kimi hesablanmalıdır. Atanın
işləmədiyi günlər üçün normal maaşı verilməlidir”, - Bədəlova bildirib.
Milli Məclisin VI çağırış deputatı Hicran Hüseynova da atalıq məzuniyyətlərinin ödənişli olmasının tərəfdarıdır.
" Atalıq məzuniyyəti nisbətən yeni anlayışdır.
Bu, analıq məzuniyyəti qədər yayılmış olmasa da,
artıq bəzi ölkələrdə mövcuddur. Atalıq məzuniyyətindən istifadə ana və
körpələrin səhhətində yaranan fəsadların
azalması, qadının doğuşdan sonrakı ruhi
sağlamlığının daha sürətli bərpası, ata ilə körpənin daha tez və möhkəm emosional
bağlılığının yaranmasına müsbət təsir göstərir”,- deputat qeyd edib.
Təhlillər göstərir ki, atalıq məzuniyyətinin tətbiq edildiyi ölkələrdə ev təsərrüfatlarında əmək bölgüsü ilə bağlı
münaqişələr 11%, cütlüklərin boşanma ehtimalı isə 30% azalıb. Ataların valideyn məzuniyyətinə
çıxdığı ailələrdə zorakılıq daha azdır.
Ləman Hafizi
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























