• $
  • €
  • ₽
  • ₺
  • £

"Bakcell"in dəstəyilə növbəti "Xəzəri qoruyaq!" kampaniyası

"Bakcell"in dəstəyilə növbəti "Xəzəri qoruyaq!" kampaniyası
10.10.2022 16:43
Bakcell şirkətinin də tərəfdaşı olduğu "Xəzəri qoruyaq!” Beynəlxalq Sahilyanı Təmizlik Kampaniyasının yekun aksiyası keçirilib. On ildən çoxdur təşkil olunan kampaniya bu il daha geniş miqyasda həyata keçirilib və ilk dəfə bütün Xəzər sahili rayonları əhatə edib.

Kampaniyanın keçirilməsində məqsəd ölkədə ekoloji durumun yaxşılaşdırılması, əhalinin bu sahədə maarifləndirilməsi və ətraf mühitə məsuliyyətlə yanaşma prinsiplərini təbliğ etməkdir.

Bu il "Xəzəri qoruyaq!” Beynəlxalq Sahilyanı Təmizlik Kampaniyası "Coca-Cola”, "Bakcell”, "PAŞA Bank” və "Carlsberg Azerbaijan” şirkətlərinin tərəfdaşlığı, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, ASAN Xidmətin, "ASAN Könüllüləri" Təşkilatının dəstəyi və "EcoHub” ekoloji platformasının icraçı tərəfdaşlığı ilə həyata keçirilib. Aksiyanın təşkilatçılığında bir çox digər təşkilat, idarə və şirkətlər iştirak edib. 

Sentyabr ayı ərzində Xaçmaz, Şabran, Siyəzən, Neftçala, Astara, Lənkəran, Sumqayıt və Bakıda yerləşən ictimai çimərliklərdə  təşkil olunan təmizlik aksiyalarında 1500 könüllü 10 hektar ərazini 5 ton tullantıdan təmizləyib.
Qeyd edək ki, son 30 il müddətində dünyanın 100-dən çox ölkəsində qeyd olunan Beynəlxalq Sahilyanı Təmizlik Günü Yer kürəsində su hövzələri sahillərinin tullantılardan təmizlənməsinə yönələn ən irimiqyaslı könüllü hərəkatıdır. Azərbaycan da bu beynəlxalq ekoloji aksiyada "Xəzəri qoruyaq!" şüarı ilə artıq 10 ildən çoxdur ki iştirak edir və ildən-ilə aksiyanın miqyası genişlənir.
Bakcell şirkəti artıq uzun illərdir ardıcıl olaraq bu aksiyada iştirak edir. Bu hərəkata qoşulan ilk mobil operator kimi Bakcell ölkədə ekologiya sahəsində maarifləndirmə fəaliyyətinin həyata keçirilməsinə, ətraf mühitin və əhalinin sağlamlığının qorunmasına öz töhfəsini verir.






www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol