Bağçada işləmək istəyən müəllimlər psixoloji testə cəlb olunacaq

Tərbiyəçi-müəllimlərin işə qəbulu zamanı namizədlər
psixoloji testə cəlb olunacaqlar. Bu barədə
Elm və Təhsil Nazirliyindən məlumat verilib.
İşə qəbul üzrə müsabiqə üçün minimum keçid
balı 35 müəyyənləşdirilib. Minimum tələbi ödəyən bütün namizədlər müsahibə mərhələsində
iştirak edə biləcək.
Təhsil eksperti Elçin Əfəndi Anew.az-a məsələylə
bağlı açıqlamasında bildirib ki, bağçalarda
uşaqların tərbiyəçilər tərəfindən döyülməsi hallarına dəfələrlə rast gəlminib. Bu halların qarşısının alınması üçün məktəbəqədər təhsil müəsisələrində tərbiyəçilərin
işə qəbulu zamanı psixoloji testlərin keçirilməsi vacibdir.
"Məktəbəqədər təhsil idarələrində müəllimlərin işə qəbulu üzrə keçirilən müvafiq
müsabiqə imtahansız, qeyri-obyektiv, tamamilə formal xarakter daşıyırdı Nəticə
etibarilə məktəbəqədər təhsil pilləsi üzrə ali təhsili olmayan şəxslər bağçalarda
tədris aparırdı. Bu hallara görə psixoloji testin salınması doğru qərardı”, - deyə
ekspert vurğulayıb.
Suallar
uşaqların yaş psixologiyası, yaş
qruplarna görə tədris proqramının hazrlanması, və s. aid suallar olacaq.
Suallar məktəbəqədər təhsil pilləsinin ali məktəblərində
keçirilən tədrisi əhatə edəcək. İbtidai və ümumtəhsil pillələri üçün də bu qərarın
tətbiq olunması vacibdir. Hal-hazırda bununa bağlı Elm və Təhsil Nazirliyi müvafiq müzakirələr aparır.
Təhsil eksperti Elşən Qafarovun fikrincə isə, belə testlər inkişaf edən ölkələrin əksəriyyətində keçirilir. də
çoxdan həyata keçirilir və əslində Azərbaycan gecikibdir.
"Beynalxalq təcrübədə sınanmış metoddur. Azərbaycanda
da bu qanunun tətbiqi vacibdir. Hazırda işləyən müəllimlərin də bu imtahana cəlb
olunması şərtdir", - Qafarov deyib.
2021-ci il dekabrın 20-də Prezident İlham Əliyev dövlət məktəbəqədər təhsil sistemində idarəetmənin təkmilləşdirilməsi haqqında sərəncam imzalayıb. Dövlət məktəbəqədər təhsil sistemində idarəetmənin təkmilləşdirilməsi, uşaqların məktəbəqədər təhsillə əhatə dairəsinin genişləndirilməsi və məktəbəqədər təhsilin keyfiyyətinin artırılması məqsədilə yerli icra hakimiyyəti orqanlarının (Bakı şəhəri üzrə Bakı Şəhər İcra Hakimiyyətinin, Gəncə şəhəri üzrə Gəncə Şəhər İcra Hakimiyyətinin) tabeliyində olan dövlət məktəbəqədər təhsil müəssisələri (uşaq evləri istisna olmaqla) Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyinə verilib.
2021-ci ilin məlumatına görə, Azərbaycanda 1825 uşaq bağçası var ki, onlardan 1692 dövlətdir. Dövlət bağçalarında 126 mindən çox uşaq tərbiyə alır. Həmçinin, 133 özəl bağça var ki, orada 5124 uşaq var.
2021-ci ilin məlumatına görə, Azərbaycanda 1825 uşaq bağçası var ki, onlardan 1692 dövlətdir. Dövlət bağçalarında 126 mindən çox uşaq tərbiyə alır. Həmçinin, 133 özəl bağça var ki, orada 5124 uşaq var.
Ləman Hafizi
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























